Yuki Yuna is a Hero — Vikipediya

Yuki Yuna is a Hero
Seriya üçün əsas personajları təsvir edən reklam şəkli.
結城友奈は勇者である
(Yūki Yūna wa Yūsha de Aru)
azərb. Yuki Yuna bir qəhrəmandır
Janr maho-şoco, dram
Anime
RejissorSeyci Kisi
SsenaristMakoto Uezu
Takahiro
BəstəkarKeyci Okaba (Monaka)
StudiyaStudio Gokumi
Digər lisenziyalar
KanalMBS, TBS, CBC, BS-TBS
Buraxılış tarixi16 oktyabr 201425 dekabr 2014
Seriyalar12 (seriya siyahısı)
Çap mediası
Ranobelər
  • Washio Sumi wa Yūsha de Aru
  • Nogi Wakaba wa Yūsha de Aru
  • Kusunoki Mebuki wa Yūsha de Aru
Manqalar
  • Washio Sumi wa Yūsha de Aru
  • Yūki Yūna wa Yūsha-bu Shozoku
  • Yūki Yūna wa Yūsha de Aru
  • Nogi Wakaba wa Yūsha de Aru
Video oyun
HazırlayanMinato Soft
JanrVizual roman
PlatformaWindows
Buraxılış tarixi
  • JP: 17 dekabr 2014
Video oyun
Yūki Yūna wa Yūsha de Aru: Jukai no Kioku
HazırlayanFuRyu
JanrEkşn
PlatformaPlayStation Vita
Buraxılış tarixi
  • JP: 26 fevral 2015
Video oyun
HazırlayanMinato Soft
JanrVizual roman
PlatformaWindows
Buraxılış tarixi
  • JP: 20 may 2015
Anime
Yuki Yuna wa Yūsha-bu Shozoku
StudiyaW-Toon Studio
Vaxthər biri 7 dəqiqə
Anime
Yuki Yuna is a Hero: Washio Sumi Chapter
RejissorSeyci Kisi (baş direktor)
Daysey Fukuoka
SsenaristMakoto Uezu
BəstəkarKeyci Okabe (Monaka)
StudiyaStudio Gokumi
LisenziyaAmazon.com (striminq)
KanalMBS, TBS, CBC, BS-TBS, AT-X
Buraxılış tarixi6 oktyabr 2017 — 17 oktyabr 2017
Teatr skrininqi
18 mart 2017 (I hissə)
15 aprel 2017 (II hissə)
8 iyul 2017 (III hissə)
Seriyalar7 (seriya siyahısı)
Anime
Yuki Yuna is a Hero: Hero Chapter
RejissorSeyci Kisi (baş direktor)
Daysey Fukuoka
SsenaristMakoto Uezu
Takahiro
BəstəkarKeyci Okabe (Monaka)
StudiyaStudio Gokumi
LisenziyaAmazon.com (striminq)
KanalMBS, TBS, CBC, BS-TBS, AT-X
Buraxılış tarixi24 noyabr 2017 — 5 yanvar 2018
Seriyalar6 (seriya siyahısı)
  Anime və manqa portalı

Yuki Yuna is a Hero (yaponca: 結城友奈は勇者である, Hepbörn: Yūki Yūna wa Yūsha de Aru?, azərb. "Yuki Yuna bir qəhrəmandır"‎) — "Takahiro IV Project" adlı layihənin bir parçası olaraq "Studio Gokumi" tərəfindən hazırlanmış və Seyci Kisi tərəfindən çəkilmiş 12 seriyalıq Yaponiya anime-serialı. Serial Yaponiyada MBS telekanalında 16 oktyabr25 dekabr 2014-ci il tarixləri arasında efirə verilmişdir. Anime "Pony Canyon" şirkətinin Şimali Amerika leyblı "Ponycan USA" tərəfindən lisenziyalanmışdır. "ASCII Media Works" şirkəti tərəfindən çoxsaylı ranobemanqa seriyaları nəşr olunmuşdur. 2015-ci ilin fevral ayında Yaponiyada bir "PlayStation Vita" videooyunu satışa çıxarılmışdır. 2014-cü ilin dekabr ayında "Windows" platforması üçün bir vizual roman satışa çıxarılmışdır. Prikvel ranobesi və sikvel serialından ibarət olan II anime mövsümü layihəsi 2017-ci ilin mart ayından 2018-ci ilin yanvar ayına qədər davam etmişdir.

Süjet[redaktə | mənbəni redaktə et]

Anime-serialın süjeti Yaponiyanın Şikoku adasında yerləşən, uydurma Sanşu şəhərində keçir. Bu şəhər gerçək həyatdakı Kaqava prefekturasının Kanonci şəhərinə əsaslanır. Hekayə Tanrılar dövürünün (神世紀, Shinseiki?) 300-cü ilində baş verir. Yuna, Mimori, Fu və İtsuki "Sanşu Orta Məktəbinin Qəhrəman Klubu"nun (yaponca: 讃州中学勇者部, Hepbörn: Sanshū Chūgaku Yūsha-bu?) üzvüdürlər və özlərini yardım istəyənlərə kömək etməyə həsr ediblər. Onların adi günlük həyatlarındakı bir gün, "Qəhrəman Klubu"nun üzvləri qəfildən işığın partlayışına tutulur və özlərini qəribə bir meşədə tapırlar. Onlar burada insanlığı qoruyan tanrı "Şincu"nu (yap. 神樹, azərb. "İlahi ağac"‎) məhv etmək istəyən Verteks adlı sirli məxluqlara rast gəlirlər. Yuna və dostları özlərini Şincuya həsr olunan "Tayşa" təşkilatı tərəfindən verilən xüsusi bir telefon applikasiyasından istifadə edərək dünyanı qaçınılmaz bir məhvdən qorumaq üçün sehrli güclərlə "qəhrəmanlar"a çevirməlidirlər.

Personajlar[redaktə | mənbəni redaktə et]

Yuna Yuki (結城 友奈, Yūki Yūna?)
Səsləndirən: Haruka Teruy[1] (yapon), Zante Hvin[2] (ingilis)
"Qəhrəman Klubu"nun üzvü və orta məktəbin ikinci sinif şagirdi. O, ehtiyacı olanlara yardım etmək və hər zaman optimistik qalaraq qəhrəman olmağı ilə qürur düyur. Yuna qəhrəman formasında olan zaman əlbəyaxa döyüş üçün zirehli yumruqlardan istifadə edir və Qyuki (牛鬼?) adlı inəyə bənzər bir yoldaşı olur. Yuna daha sonra Kasya (火車?) adlı pişiyə bənzər bir yoldaşa sahib olur. Yuna "Mankay" formasından istifadə edir və bunun nəticəsində dadalma hissini itirir. "Mankay" formasından ikinci dəfə istifadə etməsi nəticəsində, Yuna bu dəfə ayaqlarından istifadə edə bilmir. Etdiklərinə görə komaya düşən Yuna, Mimorinin səslərini eşitdikdən sonra huşunu geri alır. Çox vaxt keçmədən Yuna dadalma qabiliyyətini geri alır və yeriyə bilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Project 2H. "Staff/Cast". Original TV animation "YUKI YUNA wa Yusha de aru" (Yuki Yuna is a Hero) Official Site. 2021-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2015.
  2. "Xanthe Huynh, Erika Harlacher Star in Yuki Yuna is a Hero English Dub Cast". Anime News Network. 4 aprel 2015. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]