Yoşinori Sakay — Vikipediya

Yoşinori Sakay
yap. 坂井義則
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 6 avqust 1945(1945-08-06)
Vəfat tarixi 10 sentyabr 2014(2014-09-10) (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Təhsili
İdman növü yüngül atletika

Yoşinori Sakay (yap. 坂井 義則, 6 avqust 1945, Yaponiya, Hiroşima) — Tokioda təşkil olunmuş 1964-cü il Olimpiya Oyunlarında Olimpiyadanın məşəlini yandırmış idmançı.

Sakay Hiroşimaya atom bombasının atıldığı gün anadan olub. O, Yaponiyanın müharibədən sonrakı yenidən qurulması və sülh rəmzi kimi seçilib. O, Vaseda Universitetinin qaçış klubunun üzvü olub.

Olimpiya oyunlarından sonra o, Banqkokda 1966-cı il Asiya Oyunlarında 1600 metr məsafəyə estafet yarışında qızıl, 400 metr məsafəyə yarışda isə gümüş medal qazanıb.[1] O, 1968-ci ildə Fuji Televiziyasında jurnalist kimi fəaliyyətə başlayıb və əsasən xəbərlər və idman verilişlərində çalışıb.[2] O, faktiki olaraq heç vaxt Olimpiya Oyunlarında mübarizə aparmayıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yoshinori Sakai". İstifadə tarixi: 1 İyun, 2014.[ölü keçid]
  2. "1964 Summer Olympics Tokyo: XVIII Olympiad and II Paralympics". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 İyun, 2014.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]