Yoşinori Oşumi — Vikipediya

Yoşinori Oşumi
Yoshinori Ohsumi
Doğum tarixi (79 yaş)
Doğum yeri Fukuoka, Yaponiya
Vətəndaşlığı Yaponiya Yaponiya
Milliyyəti yapon
Elm sahəsi molekulyar biologiya
Elmi dərəcəsi Professor (1974)
Elmi adı
İş yeri Tokio Texnologiya İnstitutu
Alma-mater Tokio Universiteti
Təhsili
Mükafatları
www.ohsumilab.aro.iri.titech.ac.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yoşinori Oşumi (yap. 大隅 良典, Ōsumi Yoshinori; 9 fevral 1945[2][3][…], Fukuoka, Fukuoka prefekturası, Yaponiya) — Yaponiyalı sitolog(Sitologiya-hüceyrələr haqqında elmdir) alim.Əsas işi autofagiyadır.Bu proses hüceyrə komponentlərinin məhv edilməsi və təkrarlanmasını özündə ehtiva eləyir.Oşumi Tokio Texnologiya İnistutunun İnnovativ Tədqiqatlar inistutunun professorudur.O.fundamental elmlər üzrə 2012-ci ildə Kioto mükafatını alıb,2016-cı ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına ,2017-ci ildə isə autofagiya mexanizimləri üzərində apardığı işlərə görə Tibb elmində inkişafa(Breakthrough Prize in Life Sciences) görə mükafatına layiq görülmüşdür.

3 oktyabr 2016-cı ildə autofagiya mexanizmlərinin tədqiqatı işi ilə əlaqədar Fiziologiya və tibb üzrə Nobel mükafatı alıb.[4][5]

Həyatı və iş fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Oşumi 1945-cı ilin 9 fevralında Yaponiyanın Fukuoka şəhərində doğulub.O.1967-ci ildə bakalavr dərəcəsini,1974-cü ildə isə elmlər doktoru dərəcəsini almışdır.Hər ikisini də Tokio universitetində.1974-1977-ci illərdə isə ABŞ-nin Nyu-York şəhərində yerləşmiş Rokfeller universitetində postdoktorantura dərəcəsinə yiyələnmişdir.

O,1977-ci ildə Tokio Universitetində elmi işçi vəzifisində çalışmışdır.1986-cı ildə mühazirəçi müəllim vəzifəsinə təyin olunmuşdur.1988-ci ildən isə dosent vəzifəsində çalışmışdır.1996-cı ildə isə o, Yaponiyanın Okozaki şəhərində yerləşmiş Əsas Biologiya İnistutunda professor vəzifəsində çalışmışdır.O,həm də 2004-2009-cu illərdə Hayama Prespektiv Araşdırmalar Universitetində çalışmışdır.2009-cu ildə isə o üç universitetdə fəxri professor vəzifəsinə layiq görülmüşdür.2014-cü ildə təqaüdə çıxmasından sonra o,Tokio Texnologiya İnstitutunun İnnovativ Tədqiqatlar İnstitutunda professor vəzifəsində çalışıb.Hal-hazırda o,adıçəkilən inistutda sitologiya üzrə öz elmi araşdırmalarına davam eləyir.

Autografiya-hələ o, öz elmi karyerasına başlamazdan öncə bir çox elm adamına məlum idi.Bu termin 1963-cü ildə yaradılmışdır.1990-cı illərdə Oşumini bir neçə elm adamı birgə maya içərisində autografiyanın morfologiyasını və hüceyrələrin autografiya qabiliyyətinə sahib olması üçün əsas genləri müəyyən edən maya hüceyrələrində mutasiya skrinina keçirildi.

2016-cı ildə o, "autografiya mexanizmlərinin kəşfinə görə" Fiziologiya və Tibb üzrə Nobel mükafatını qazanmışdır.O,25-ci Yaponiyalı alim olduki,Nobel mükafatına layiq görülüb.Oşuminin həyat yoldaşı Mariko isə Teikyo universitetində professor vəzifəsində çalışır.Oşumi ilə birgə bir neçə elmi məqalənin müəllifidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 https://orcid.org/0000-0003-2384-2166.
  2. Japan Society for the Promotion of Science. 1932.
  3. Rogers K. Yoshinori Ohsumi // Encyclopædia Britannica (ing.).
  4. "The Nobel Prize in Physiology or Medicine 2016". Press Release (ingilis). The Nobel Assembly at Karolinska Institutet. 2016-10-03. 2016-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.
  5. "Yapon alimi Yoşinori Oşumi 2016-cı ilin tibb üzrə Nobel mükafatının qalibi olub". Tanınmış insanlar. 2016-10-03. 2017-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-03.