Yevgeni Yevtuşenko — Vikipediya

Yevgeni Yevtuşenko
rus. Евгений Евтушенко
rus. Евгений Александрович Евтушенко
Doğum tarixi
Doğum yeri Nijneudinsk, İrkutsk, Rusiya
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Talsa, Oklahoma, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Peredelkino qəbiristanlığı[d]
Həyat yoldaşları
Təhsili
Fəaliyyəti şair, roman yazıçısı, ssenarist, rejissor, aktyor, müəllim, kinorejissor, yazıçı, nasir, publisist, fotoqraf
Fəaliyyət illəri 1949–2017
Mükafatları SSRİ Dövlət mükafatı
"Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yevgeni Yevtuşenko (18 iyul 1932[2], Zima, İrkutsk vilayəti1 aprel 2017[3][2], Talsa[3]) — məşhur rus və sovet şairi, nasir, publisist, aktyor. Ədəbiyyat üzrə iki dəfə Nobel mükafatı namizədi (1963 və 2010-cu ildə)

Həyatı[redaktə | mənbəni redaktə et]

1932-ci ildə anadan olmuş Yevtuşenko keçmiş SSRİ-nin ən böyük şairlərindən hesab olunur. Baltikyanı almanlardan olan həvəskar şair Aleksandr Qanqnusun ailəsində anadan olmuşdur. Sonradan anası oğluna öz soyadını verib[4].

1949-cu ildən dərc olunmağa başlayan şair Stalin sonrası dövrün ən populyar şairlərindən hesab olunur. Şairliklə yanaşı, roman yazarı, publisist, aktyor kimi də tanınan Yevgeni Yevtuşenko dəfələrlə xarici səfərlərlə olmuş, Qərb ölkələrində əsərləri dərc olunmuşdur.

O, 1991-ci ildə Amerika Birləşmiş Ştatlarının Talsa Universiteti ilə müqavilə bağlayaraq ailəsi ilə birlikdə ölkəni tərk etmişdir. Ara-sıra Rusiyaya dönsə də, ömrünün sonlarına qədər Amerikada yaşamışdır.

1 aprel 2017-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Vəsiyyətinə görə, 11 aprel 2017-ci ildə Peredelkino qəbristanlığında şair Boris Pasternakın məzarı yanında dəfn olunmuşdur.

Şair Yevgeni Yevtuşenko Xuraman Abbasovaya “Örpək” adlı şeir həsr etmişdir[4].


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 NNDB (ing.). 2002.
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. 1 2 Legendary Russian poet Yevtushenko dies in US (rus.). 1904.
  4. 1 2 "Məşhur rus şairinin şeir yazdığı Azərbaycan qadını". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]