Yevgeni Dmitriyev — Vikipediya

Yevgeni Dmitriyev
Dmitriyev Yevgeni Vasilyeviç
Doğum tarixi (86 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
Təhsili 1962-ci il Azərbaycan Neft və Kimya İnstitutu
Elmi rəhbəri Akademik Çingiz Cuvarlı Mehdi oğlu
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı — 1978

Dmitriyev Yevgeni Vasilyeviç — texnika elmləri doktoru Dmitriyev Yevgeni Vasilyeviç 23 noyabr 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Y.V. Dmitriyev 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitunda təhsilini bitirdikdən sonra İ.Q. Yesman adına Azərbaycan Energetika İnstitunda böyük mühəndis, 1966–1999-cu illər ərəfəsində Azərbaycan Elmlər Akademiyası Fizika institunda müxtəlif vəzifələrdə- böyük mühəndis, kiçik elmi işçi və labaratiriya müdiri vəzifələrində elmi-praktiki fəaliyyət göstərmişdir. Y.V.Dimitriyev akademik Ç.M. Cuvarlının rəhbərliyi ilə 1970-ci ildə elmlər namizədi və 1987-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Y.V.Dmitriyevin bütün elmi-praktiki fəaliyyəti akademik Ç.M. Cuvarlının iştirakı və rəhbərliyi şəraitində keçmişdir.

Elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Y.V.Dmitriyev elmi-tədqiqatları ilə elektroenergetikanın və elektrotexnikanın, elektrik şəbəkələri və sistemləri, yüksək gərginliklər texnikası, elektrik şəbəkələrində elektromaqnit prosesləri və digər bölmələrinin inkişafına öz töhfəsini vermişdir. Elektrik şəbəkələrində reallaşan mürəkkəb elektromaqnit hadisələrinin nəzəri məsələlərini, alqoritmlərin, hesablama üsullarının işlənməsində fəal iştirak etmişdir. Onun tədqiqatlarının nəticələrinə əsaslanaraq elektrik şəbəkələrində mümkün olan mürəkkəb elektromaqnit keçid proseslərini, iftar yüksək gərginlikləri hesablamaq mümkün olmuşdur və elektrik şəbəkələrinin qısa qapanma cərəyanlarından mühafizəsi tədbirləri işlənilmişdir. Onun tərəfindən qısa qapanma cərəyanlarını məhdudlaşdırmaq üçün betel rezistorları işlənilmiş və tətbiq edilmişdir. Y.V.Dmitriyev akademik Ç.M. Cuvarlı ilə birlikdə, müasir elektroenergtikanın mühüm məsələsi olan, 110–500 kV elektrik şəbəkəsində qısa qapanma halında ifrat gərginlikləri və cərəyanı məhdudlaşdırmaq üçün neytralın torpaqlanmasının nəzəri əsaslarını işlənmişdir. Y.V. Dmitriyevin elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. 1973-cü ildə Y.V. Dmitriyev akademik Ç.M. Cuvarlı ilə birlikdə SSRİ EA-nın P.N. Yabloçkov adına mükafatla, 1985-ci ildə SSRİ-nin və 1996-cı ildə Ukrayna Respublikasının Dövlət mükafatları ilə təltif olunmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  1. Keçmiş SSRİ -nin, Azərbaycan və Ukrayna Respublikalarının Dövlət mükafatı laureatı, SSRİ EA-nın P.N. Yabloçkov adına mükafatla təltif olunmuş.
  2. 1978-ci ildə o, akademik Çingiz CuvarlıArif Həşimovla birlikdə, Yüksəkgərginlikli elektrik şəbəkəsində neytralın rejimlərinə dair kompleks tədqiqatlara görə Azərbaycan Respublikasının Dövlət mükafatı ilə təltif olunmuşdur.