Yen Press — Vikipediya

Yen Press
Loqonun şəkli
Ölkə ABŞ ABŞ
Əsas şirkət Kadokawa Corporation (51%)
Hachette Book Group USA (49%)
Status aktiv
Yaranma tarixi 2006
Qurucu Kurt Hassler
Rik Conson
Qərargah Nyu-York
Sayt yenpress.com

Yen PressABŞ manqa və qrafik roman nəşriyyatı. Kadokawa CorporationHachette Book Group bu nəşriyyatın sahibi olan şirkətlərdir. Kitab nəşr etməklə yanaşı, Yen Press "Yen Plus" adlı aylıq manqa antologiyası da nəşr edir. Nəşriyyat Yaponiya manqalarını, Çin manhualarını və Koreya manhvalarını lisenziyalaşdırıb tərcümə edilmiş halda buraxır. Tərcümə etməklə yanaşı Yen Press orijinal manqalar da nəşr edir. Məsələn, "Maximum Ride""Nightschool" bu nəşriyyatın buraxdığı orijinal manqalardır.

Tarix[redaktə | mənbəni redaktə et]

Yen Press 2006-cı ildə keçmiş Borders Group alıcısı Kurt Hassler və DC Comics əməkdaşı Rik Conson (bu imprinti 2008-ci ilin payızında tərk edib). 2007-ci ilin iyulunda nəşriyyatın Koreya nəşriyyatı ICEkunion ilə əməkdaşlı edib ABŞ-də manhva buraxacağı anons edilmişdir.

2008-ci ildə baş tutmuş New York Comic Con tədbirində Yen Press "Soul Eater", "Nabari no Ou", "Sumomomo Momomo", "Bamboo Blade""Higurashi no Naku Koro ni" manqalarını aylıq manqa antologiyası "Yen Plus"-da nəşr edəcəyini açıqlamışdır. Antologiyanın ilk sayı 29 iyul 2008-ci ildə buraxılmışdır.

2009-cu ildə Yen Press "Yotsuba&!"[1][2]"Azumanga Daioh"[3] manqalarını nəşr etmək hüququnu A.D. Vision-dan aldığını bildirmişdir. 2009-cu ilin sentyabrında "Yotsuba&!" manqasını ilk beş cildini yenidən nəşr etmiş və altıncı cildi buraxmışdır. 2009-cu ilin dekabrında isə "Azumanga Daioh" manqasının yenidən tərcümə edilmiş versiyasını nəşr etmişdir.

11 aprel 2016-cı ildə Yen Press Hachette Book GroupKadokawa Corporation şirkətləri arasında ortaq alver funksiyası daşıyacağını açıqlamışdır. Kadokawa Corporation nəşriyyatın 51 %-nə sahibdir.[4]

Buraxdığı komikslər[redaktə | mənbəni redaktə et]

Orijinal seriyalar[redaktə | mənbəni redaktə et]

Manqa[redaktə | mənbəni redaktə et]

Manhva[redaktə | mənbəni redaktə et]

Manhua[redaktə | mənbəni redaktə et]

Ranobe[redaktə | mənbəni redaktə et]

Avropa komiksləri[redaktə | mənbəni redaktə et]

  • Dystopia (Almaniya)
  • Toxic Planet (Fransa)
  • Y Square (Almaniya)
  • Y Square Plus (Almaniya)
  • Goldilocks and the Seven Squat Bears (Fransa)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Koulikov, Mikhail. "New York Comic Con Yen Press". Anime News Network. 7 February 2009. 25 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2016.
  2. "Yen Press » YOTSUBA&! by Kiyohiko Azuma". Yen Press. 2012-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2016.
  3. "Yen Press to reissue Azumanga Daioh manga". Anime News Network. 1 April 2009. 2009-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2016.
  4. Laura. "Exciting news about the future of Yen Press!". Yen Press. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]