Yemişanlı (Qəbələ) — Vikipediya

Yemişanlı
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.017 nəf. (2009)
Rəsmi dili

YemişanlıAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yemişanlı kəndi Tikanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Uludaş kəndi mərkəz olmaqla, Uludaş kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsini sovet hakimiyyəti illərində Tikanlı kəndindən çıxmış ailələr böyük bir yemişan ağacının yanında saldığına görə belə adlanmışdır.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Kənd meşəlik ərazidə yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənddə 240 təsərrüfat mövcuddur. Kənd əhalisi əsasən meyvəçili, əkinçilik, tərəvəzçiliklə, eləcə də xırda buynuzlu heyvandarlıqla məşğul olur. Kəndə fasiləsiz enerji verilir. Ərazidə içməli suyu bir artezian quyusu təmin edir. Kəndə 100 nömrəlik telefon xətti çəkilir.

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə 440 şagirdlik yeni ümumtəhsil məktəbi 2008-ci ilin sonunda istifadəyə verilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  2. Yemişanlı (Qəbələ) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]