Yel çərşənbəsi — Vikipediya

Yel çərşənbəsinə həsr edilmiş Azərbaycan poçt markası

Yel çərşənbəsiNovruz bayramının üçüncü çərşənbəsi. Xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə", "Yelli çərşənbə", "Badi (külək) çərşənbə", "Nəfəs çərşənbə", Muğanın bir sıra kəndlərində isə "Heydər çərşənbə" adlandırılır.[1][2]

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında "yelli-küləkli" çərşənbə deyirlər.[3]

Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.[4]

Yel çərşənbəsi günü də şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Külək oyadan Yel çərşənbəsi". 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
  2. "Bu gün Yel çərşənbəsidir". 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
  3. "Yel çərşənbəsi - Novruzun üçüncü çərşənbəsidir". 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  4. "Xalqımızın milli bayramları". 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  5. "Baharın müjdəçisi - Yel çərşənbəsi". 2024-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.