Voleybol yay Olimpiya oyunlarında — Vikipediya

Voleybol Yay Olimpiya Oyunlarında
İdman növü Voleybol
Turnir sayı 2 (kişilər və qadınlar)
İlk yarış 1964 Yay Olimpiya Oyunları
Təşkilatçı BOK
FİVB
Komanda sayı 12
Son çempion Rusiya Rusiya (kişilərdə)
Braziliya Braziliya (qadınlarda)
Rəsmi saytı fivb.org

Voleybol oyunu 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramına salınıb. Proqrama kişiqadın komanda voleybolu ilə yanaşı, kişilər və qadınlar arasında iki ikiyə oynanılan çimərlik voleybolu da daxil edilmişdir. Yay Olimpiya Oyunlarında bu idman növündən ən çox qızıl medal əldə etmiş ölkə (çimərlik voleybolu da daxil olmaqla) isə Amerika Birləşmiş Ştatlarının olimpiyaçılarıdır

Olimpiya Oyunlarında Kişi voleybolu[redaktə | mənbəni redaktə et]

Kişi voleybolu 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. O ildən bu yana hər dörd ildən bir keçirilən Olimpiya Oyunlarının hamısında kişi milli voleybol komandalarının iştirak etmiş olduğu üç medal qazandıran turnir keçirilmişdi. Digər komanda idman növlərindəki kimi kişi voleybolunda da hər üç yerə yalnız bir medal yazılır. Belə ki, medal on iki voleybolçuya verilsə də (məşqçilər korpusuna da medal verilir) həmin olimpiyaçıların ölkəsinə yalnız bir medal qazandırır. Məsələn 2012-ci ildə çempion olmuş Rusiya komandasının olimpiya yığmasının medal sıralamasında aktivinə on iki qızıl deyil, yalnız bir qızıl medal əlavə olunmuşdu. Ümumiyyətlə bu turnirlərdə ən çox qızıl medal qazanan yığmalar ABŞSSRİ komandaları olmuşdu. Onlar hərəyə üç dəfə bu yarışın qalibi olmuşdular. Ən çox medal isə altı dəfə fəxri kürsüyə çıxmış SSRİ komandasına mənsubdur.

2012 Yay Olimpiya Oyunlarında kişi voleybolu

Turnirin arxivi[redaktə | mənbəni redaktə et]

Təşkilatçılıq Medal Kürsüsü
İl Ev Sahibi Çempion İkinci Üçüncü
1964
Ətraflı
Yaponiya Tokio
SSRİ

Çexoslovakiya

Yaponiya
1968
Ətraflı
Meksika Mexiko
SSRİ

Yaponiya

Çexoslovakiya
1972
Ətraflı
Almaniya Münhen
Yaponiya

Şərqi Almaniya

SSRİ
1976
Ətraflı
Kanada Monreal
Polşa

SSRİ

Kuba
1980
Ətraflı
SSRİ Moskva
SSRİ

Bolqarıstan

Rumıniya
1984
Ətraflı
ABŞ Los-Anceles
ABŞ

Braziliya

İtaliya
1988
Ətraflı
Cənubi Koreya Seul
ABŞ

SSRİ

Argentina
1992
Ətraflı
İspaniya Barselona
Braziliya

Niderland

ABŞ
1996
Ətraflı
ABŞ Atlanta
Niderland

İtaliya

Yuqoslaviya
2000
Ətraflı
Avstraliya Sidney
Yuqoslaviya

Rusiya

İtaliya
2004
Ətraflı
Yunanıstan Afina
Braziliya

İtaliya

Rusiya
2008
Ətraflı
Çin Pekin
ABŞ

Braziliya

Rusiya
2012
Ətraflı
Böyük Britaniya London
Rusiya

Braziliya

İtaliya
2016
Ətraflı
Braziliya Rio de Janeiro      

Medal reytinqi[redaktə | mənbəni redaktə et]

Yer Komanda Qızıl Gümüş Bürünc Medal
1 SSRİ SSRİ 3 2 1 6
2 ABŞ ABŞ 3 - 1 4
3 Braziliya Braziliya 2 3 - 5
4 Rusiya Rusiya 1 1 2 4
5 Yaponiya Yaponiya 1 1 1 3
6 Niderland Niderland 1 1 - 2
7 Yuqoslaviya Yuqoslaviya 1 - 1 2
8 Polşa Polşa 1 - - 1
9 İtaliya İtaliya - 2 3 5
10 Çexoslovakiya Çexoslovakiya - 1 1 2
11 Bolqarıstan Bolqarıstan - 1 - 1
Şərqi Almaniya Şərqi Almaniya - 1 - 1
13 Argentina Argentina - - 1 1
Kuba Kuba - - 1 1
Rumıniya Rumıniya - - 1 1

Olimpiya Oyunlarında Qadın voleybolu[redaktə | mənbəni redaktə et]

2012 Yay Olimpiya Oyunlarında qadınların yarışında yarımfinal oyunu

Qadın voleybolunda milli komandalar Olimpiya Oyunlarına lisenziyanı Dünya kuboku yarışlarından əldə edirlər. Bu turnir Olimpiya Oyunlarından bir il öncə təşkil olunur. Digər tərəfdən Olimpiya Oyunlarında kişi voleyboluna aid edilən arqumentlər qadın milli voleybol komandalarının iştirak etdiyi turnirə də aid edilir. Kişilərin yarışındakı kimi qadınlarda da gəlmiş keçmiş ən güclü milli komanda SSRİ-dir. SSRİ olimpiyaçıları bu yarışlarda düz dörd dəfə qızıl, 2 dəfə də gümüş medallara yiyələnmişlər. Onları üç qızıl, bir bürünc medalla Şimali Amerika təmsilçisi Kuba izləyir. Üçüncü yerdə isə hər medaldan iki ədəd qazanmış Yaponiya seçməsidir. İlk beşliyi isə ÇinBraziliya seçmələri tamamlayır. İki qızıllı bu ölkələrdən Çinin bir gümüş və iki bürüncü, son olimpiya çempionları Braziliyanın isə aktivində iki bürünc medalı vardır.

Turnirin arxivi[redaktə | mənbəni redaktə et]

Təşkilatçılıq Medal Kürsüsü
İl Ev Sahibi Çempion İkinci Üçüncü
1964
Ətraflı
Yaponiya Tokio
Yaponiya

SSRİ

Polşa
1968
Ətraflı
Meksika Mexiko
SSRİ

Yaponiya

Polşa
1972
Ətraflı
Almaniya Münhen
SSRİ

Yaponiya

Şimali Koreya
1976
Ətraflı
Kanada Monreal
Yaponiya

SSRİ

Cənubi Koreya
1980
Ətraflı
SSRİ Moskva
SSRİ

Şərqi Almaniya

Bolqarıstan
1984
Ətraflı
ABŞ Los-Anceles
Çin

ABŞ

Yaponiya
1988
Ətraflı
Cənubi Koreya Seul
SSRİ

Peru

Çin
1992
Ətraflı
İspaniya Barselona
Kuba

MDB Olimpiya Yığması

ABŞ
1996
Ətraflı
ABŞ Atlanta
Kuba

Çin

Braziliya
2000
Ətraflı
Avstraliya Sidney
Kuba

Rusiya

Braziliya
2004
Ətraflı
Yunanıstan Afina
Çin

Rusiya

Kuba
2008
Ətraflı
Çin Pekin
Braziliya

ABŞ

Çin
2012
Ətraflı
Böyük Britaniya London
Braziliya

ABŞ

Yaponiya
2016
Ətraflı
Braziliya Rio de Janeiro

Medal reytinqi[redaktə | mənbəni redaktə et]

Yer Komanda Qızıl Gümüş Bürünc Medal
1 SSRİ SSRİ 4 2 - 6
2 Kuba Kuba 3 - 1 4
3 Yaponiya Yaponiya 2 2 2 6
4 Çin Çin 2 1 2 5
5 Braziliya Braziliya 2 - 2 4
6 ABŞ ABŞ - 3 1 4
7 Rusiya Rusiya - 2 - 2
8 Şərqi Almaniya Şərqi Almaniya - 1 - 1
Peru Peru - 1 - 1
10
MDB Olimpiya Yığması
- 1 - 1
11 Polşa Polşa - - 2 2
12 Bolqarıstan Bolqarıstan - - 1 1
Şimali Koreya Şimali Koreya - - 1 1
Cənubi Koreya Cənubi Koreya - - 1 1

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]