Yavər Kələntərli — Vikipediya
Yavər Kələntərli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 mart 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 1979 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Əlaqələri | Bəhram Mansurov, Tələt Bakıxanov |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yavər Abbas qızı Kələntərli (26 mart 1902, Şamaxı – 5 fevral 1979, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı
[redaktə | mənbəni redaktə et]Yavər Kələntərli 26 mart 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur. Xudaverdi Kələntərli ilə evlənmişdir. Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi.[1]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
Mənbə
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yaver Kalantarli — 70 (1972)
- Yaver Kalantarli — "Shur"
- Mircəfər Bağırovun bayquş adlandırdığı məşhur xanəndə. kulis.az, 23.04.2014 (az.)