Yasin Qarayev — Vikipediya

Yasin Qarayev
Doğum tarixi 22 may 1946(1946-05-22) (77 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1974-cü ildən
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1991"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2006"Sənətkar" medalı

Yasin Mikayıl oğlu Qarayev (22 may 1946, Dəllər Cırdaxan, Şamxor rayonu) — Azərbaycanın tanınmış teatr və televiziya aktyoru vəikinci rejissor, Azərbaycanın xalq artisti (2006), "Qızıl Dərviş" mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yasin Qarayev 22 may 1946-cı ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub.1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirmiş, 1974-cü ildən[2] Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaradıcılıq fəaliyyətinə başlamışdır. Doğma teatrın səhnəsində aşağıdakı rolları ifa etmişdir

  • 1. Aşıq Vəli, Mahmud — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov)
  • 2. Cəlal — ("Komsomol poeması", İskəndər Coşğun)
  • 3. Volodya Kulikov — ("Unutmayın", Yusif Əzimzadə)
  • 4. Elşad — ("Şəhərli oğlan", Qeybulla Rəsulov)
  • 5. Əziz — ("Sağlıq olsun", İsi Məlikzadə)
  • 6. Qarakişi — ("Gəl qohum olaq", İsi Məlikzadə)
  • 7. Qulu — ("Tamahkar", Süleyman Sani Axundov)
  • 8. Azər — ("Mahmud və Məryəm", Elçin)
  • 9. Əflətun — ("Ölüm hökmü", Elçin)
  • 10. Qələndərov — ("Olmuş əhvalat", Aqşin Babayev)
  • 11. Qafar – ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm)
  • 12. Əmi — ("Nənənin kələyi", Əhməd Orucoğlu)
  • 13. Kürən – ("Yaddaş ağrısı", Hüseynbala Mirələmov)
  • 14. Qafar — ("Çimnaz xanım yuxudadır", Süleyman Rüstəm)
  • 15. Aşıq Vəli – ("Yağış, yağmur və daldan atılan daş", Nəcəf bəy Vəzirov)
  • 16. Mister Bambl – ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
  • 17. Hacı Qara – ("Hacı Qara" M. F. Axundxzadə)
  • 18. Vəzir – ("Əlincə qalası" Dilsuz)
  • 19. Balaəmi — ("Sarıköynəklə Valehin nağılı" İ. Əfəndiyev)
  • 20. Bulmaq — ("Qohumlar" V. Şuqrayeva, Ə. Əmirli)

Yasin Qarayev Azərbaycan teatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə[3] və 6 may 2015-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.[5] 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[6]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Şeytan göz qabağında (film, 1987)
  2. Ağ atlar üçün vals (tammetrajlı televiziya tamaşası) (Aztv)
  3. Ömürdən uzun gecə (film, 1996)
  4. Fatehlərin divanı
  5. Nigarançılıq (film, 1998)
  6. Bağdada putyovka var... (film, 2000)
  7. Gəl qohum olaq (film, 2001)
  8. Yol yoldaşları (film, 2003)
  9. Mükafat (film, 2004)
  10. Ərazi (film, 2005)
  11. Bəylik dərsi (film, 2007)
  12. Laplandiyalı qonaq (film, 2009)
  13. Qaynanamız (serial 2015)
  14. Bir xalanın sirri (film, 2018)
  15. Qaragöz (film, 2018)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yasin Qarayev: "Əminəm ki, yeni nəsil nümayəndələri arasından da dahi sənətkarlar çıxacaq" - MÜSAHİBƏ". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-27.
  2. "Ulduzlu Qonaq. Yasin Qarayev". 2016-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-27.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  4. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  5. "Teatr günü aktyorlar müküfatlandırılıb". 2016-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.
  6. President. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 6 may 2016. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]