Yarış video oyunu — Vikipediya

"The Need for Speed" videooyunu bir yarış videooyunu nümunəsidir.

Yarış videooyunu (ing. Racing video game) — oyunçunun birinci və ya üçüncü şəxs perspektivindən quru, su, hava və ya kosmos üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrindən istifadə edərək yarış müsabiqəsində iştirak etdiyi videooyun janrı. Bu müsabiqələr real həyatdakı yarış turnirlərinə və ya tamamilə uydurma mövzulara əsaslana bilərlər. Ümumi olaraq, onlar hardkor simulyasiyalar və ya daha sadə arkada yarış oyunları ola bilərlər. Yarış videooyunları idman videooyunları kateqoriyasına daxildirlər.