Yanmış körpülər — Vikipediya

Yanmış körpülər
Fayl:Yanmış körpülər (film, 2007).jpg
Janr dram
macəra
məhəbbət
triller
Rejissor Elçin Məmiyev
Ssenari müəllifi Firudin Məhərrəmov
Baş rollarda Elçin Məmiyev-Rüfət
Vəfa Zeynalova-Zərifə
Ləman Mehdiyeva-Şəlalə
Nüşabə Ələsgərli-Afət
Məzahir Süleymanov-Səmədağa
Operatorlar İzzət Əzizov, Əlövsət Cəlilov
Rəssam Zeynal Qarayev
İstehsalçı Azərbaycan Televiziyası
İlk baxış tarixi 2003
Filmin növü çoxseriyalı bədii televiziya filmi
Müddət 1-ci seriya : 49,5 dəq.
2-ci seriya : 48 dəq.
3-cü seriya : 48 dəq.
4-cü seriya : 48,5 dəq.
5-ci seriya : 48,5 dəq.
6-cı seriya : 50 dəq.
7-ci seriya : 47 dəq.
8-ci seriya : 49,5 dəq.
9-cu seriya : 46 dəq.
10-cu seriya : 50 dəq.
11-ci seriya : 48 dəq.
12-ci seriya : 47,5 dəq.
13-cü seriya : 48,5 dəq.
14-cü seriya : 47,5 dəq.
15-ci seriya : 47 dəq.
16-cı seriya : 46,5 dəq.
17-ci seriya : 48 dəq.
18-ci seriya : 41,5 dəq.
19-cu seriya : 42 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 20032007
Texniki məlumatlar 19 seriyalı
videofilm
Rəng rəngli (ağ-qara kadrlarla)
Çəkiliş yeri Bakı
Dubay, BƏƏ (10, 11-ci seriyalar)
Bakı, Dəmiryol vağzalı

Məzmun[redaktə | mənbəni redaktə et]

Serialda hadisələr əsasən Rüfət (Elçin Məmiyev), Afət (Nüşabə Ələsgərli) və Zərifənin (Vəfa Zeynalova) ətrafında cərəyan edir. Rüfətlə Zərifə vaxtilə bir-birilərini sevmişlər. Lakin məhəbbətini var-dövlətə qurban verən Rüfət varlı Səmədağanın (Məzahir Süleymanov) qızı Afətlə evlənmişdir. İllərin ötməsinə baxmayaraq Rüfət Afətlə xoşbəxt deyildir. Ən böyük səbəb isə onların uşağının olmamasıdır. Zərifə isə yeganə qızı Şəlaləylə (Ləman Mehdiyeva) bəsit həyat tərzi keçirir.

Şəlalə ilə rastlaşan Rüfət ilk andan ona bağlanır və düşünür ki, Şəlalə məhz onun öz qızıdır. Zərifə bunu inkar etsə də Rüfətin Şəlaləyə bağlılığı gün keçdikcə artır. Və məhz bu vəziyyət Rüfətlə Zərifəni də yaxınlaşdırır. Afətin atası Səmədağa isə qeyri-qanuni işlərlə məşğuldur. Və qızının bədbəxt olmaması üçün əlindən gələni etməyə hazırdır.

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Serialın ilk seriyası 2003-cü ildə, davamı 2007-ci ildə çəkilmişdir.
  • Serialın 10-cu seriyasında "Besame Mucho" mahnısı səslənir.
  • Film Azərbaycan kino tarixində ilk ən uzun serialdır. (2005-ci ilə qədər)
  • Film 19 seriyadan ibarətdir.
  • Filmdə 70-ə yaxın aktyor çəkilmişdir.

Səhvlər[redaktə | mənbəni redaktə et]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Firudin Məhərrəmov
Quruluşçu rejissor: Elçin Məmiyev
Quruluşçu operatorlar: İzzət Əzizov, Əlövsət Cəlilov
Operator: Mahmud Əhmədov
Montaj edənlər: Yafət Xeyirov, Fuad Əliyev (II), Natiq Əliyev (III), Nasir Salamov
Səs rejissoru: Azad Murtuzayev
Rejissor assistentləri: Emin Qafarov, Ceyhun Cümşüdov, Elşən Heydərov
Musiqi tərtibatçıları: Gülarə Səlimova, İsmayıl Dadaşov, Minurə Əfəndiyeva
Qrim ustaları: İlqar Cəfərov, Qalib Səfərov
Geyim ustası: Hamlet Mollayev
Məsləhətçi rəssam: Azər Nəcəfov
Quruluşçu rəssam: Zeynal Qarayev
Səs operatorları: Nadir Mikayılov, Elçin Manafov
Fotoqraf: Bəhruz Kərimli
İşıq ustaları: Tərlan Qafarov, Rəfael Əliyev, Emil Kərimov, Natiq Quliyev
Texniki təminat: Şamo Zairov, Ömər Əliyev
Mühafizə xidməti: Anar Amanov, Xalid Hüseynov, Cəlil Səlimov
Pirotexniklər: Vaqif Qurbanov, Rəşad Əliyev
Məsləhətçi: Kəramət
Musiqisindən istifadə edilən bəstəkar: Xəyyam Mirzəzadə ("Afroditanın qolları" filmindən) (titrlərdə yoxdur)
Mahnını İfa edən : Nüşabə Ələsgərli (titrlərdə yoxdur)

Rollarda[redaktə | mənbəni redaktə et]

Elçin Məmiyev-Rüfət
Nüşabə Ələsgərli-Afət
Vüsalə Məmmədova (Vüsalə kimi)-Zərifə (1-ci)
Möhsün Hüseynxanlı (Mövsüm Hüseynov kimi)-Qüdrət
İranə İlkin-Müğənni
Təvəkkül Əhmədov-Sabir
Rəqsanə-Müğənni
Elariz Məmmədoğlu-Özü
Ədalət Şükürov-Özü
Əlvan
Ləman Mehdiyeva-Şəlalə
İzzət Bağırov-Müğənni (titrlərdə yoxdur)
Manana-Müğənni
Cavan Zeynallı-Müğənni (titrlərdə yoxdur)
Təhminə Hüseynova-Təhminə (1-ci)
Vüqar Məmmədəliyev-Etibar
Mürsəl Kərimov
Gülnarə Mirzəyeva
Məzahir Süleymanov-Səmədağa
Elxan Quliyev-"Bomba"
Rövşən Kərimduxt-Qaraşın
Mətanət Əhmədova
Vəfa Zeynalova-Zərifə (2-ci)
Sona Əliyeva-Sona
Xəyalə Musayeva
Ayşad Məmmədov-Bəhruz
Firdovsi Nəbiyev-Cavanşir
Müşfiq Tumurcuq-Məhəllə uşağı (titrlərdə yoxdur)
Kübra Dadaşova-Məhəllə sakini (titrlərdə yoxdur)
Gülşad Baxşıyeva-Firuzə
Ziba Ramazanova-Lalə (1-ci)
Röya Nəcəfova-Cavanşirin tanışı
Mahir Vətənxah-Rafiq
Nəzrin Aslanzadə
Mətləb Abdullayev-Səmədağanın adamı (titrlərdə yoxdur)
Muxtar Maniyev-Sahib ağa
Ülviyyə Abdullayeva-Lalə (2-ci)
Kazım Abdullayev-İsmayıl
Rüstəm Rüstəmov
Şəlalə Şahvələdqızı-Afətin tanışı
Elxan Qurbanov-Əhməd
Yasəmən Məmmədova-Mədinə
Elşən Rüstəmov-Şahin (titrlərdə yoxdur)
Nahidə Orucova-Qreta
Svetlana Həkimova-Sara
Cəvahir Əliyeva
Cahan Məmmədova-Şəbnəm
Dilarə Nəzərova-Həkim
Toğrul Rza
İntiqam Soltan-Sahib ağanın adamı (titrlərdə yoxdur)
Əliqulu Səmədov-Sahib ağanın adamı (titrlərdə yoxdur)
Sərdar Rüstəmov-Sahib ağanın adamı (titrlərdə yoxdur)
Əlisurət Məmmədov
Əli Nurzadə-Restorandakı adam (titrlərdə yoxdur)
Təvəkkül Əliyev-Polis rəisi
Rafiq İbrahimov-Əziz (titrlərdə yoxdur)
Mahi Səfərova-Şahnaz
Səməd Səmədov-Müğənni (titrlərdə yoxdur)
Fatimə Fətəliyeva (Fatimə kimi)-Rəqqasə (titrlərdə yoxdur)
Lətifə Əliyeva-Güllü xala
Abbas Qəhrəmanov-İmran
Fatma Mahmudova-Fatma
Hüsniyyə Mürvətova (Hüsniyyə Vaqifqızı kimi)-Təhminə (2-ci)
İslam Həsənov-Müstəntiq
Rəşad Səfərov-Müstəntiq
Esmira Əliyeva-Jurnalist
Afaq Məmmədova-Jurnalist
Gülçöhrə Abdullayeva-Günel və İmranın qonşusu
Elnar Qarayev-Ərəb mühafizəçi (titrlərdə yoxdur)
Dağlar Rüstəmov-Vahid (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]