Yaşıl qübbə — Vikipediya

Yaşıl qübbə
القبة الخضراء
Xəritə
24°28′03″ şm. e. 39°36′41″ ş. u.
Ölkə  Səudiyyə Ərəbistanı
Şəhər Mədinə
Tikilmə tarixi Bilinmir
DövlətSəudiyyə Ərəbistanı
RegionAsiya
KateqoriyaTürbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşıl qübbə və ya Peyğəmbər qübbəsi[1] (ərəb. القبة الخضراء‎) — Məhəmməd peyğəmbərin və ilk iki raşidi xəlifəsi Əbu BəkrÖmər ibn Xəttabın qəbri. Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscidül-Nəbi məscidinin içərisində yerləşir[2].

Tarix[redaktə | mənbəni redaktə et]

Günbəzin tikildiyi dəqiq tarix məlum deyil, lakin onun təsvirinə 12-ci əsrin əvvəllərinə aid əlyazmalarda rast gəlmək olar. 1279-cu ilə qədər qəbrin üzərində boyasız taxta günbəz tikilmişdir. Daha sonra 15-ci əsrin sonunda və 1817-ci ildə günbəz yenidən qurulur. 1837-ci ildə günbəz ilk dəfə yaşıl rəngə boyanır və bundan sonra Yaşıl qübbə kimi tanınır[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tore Kjeilen Madina Arxivləşdirilib 2008-02-24 at the Wayback Machine // LookLex Encyclopaedia
  2. Petersen, Andrew (2002-03-11). Dictionary of Islamic Architecture. Routledge. p. 183. ISBN 9780203203873. .
  3. Ariffin, Syed Ahmad Iskandar Syed (2005). Architectural Conservation in Islam : Case Study of the Prophet's Mosque. Penerbit UTM. pp. 88–89,109. ISBN 9789835203732. .