Yəzid ibn Məzyəd — Vikipediya

Yəzid ibn Məzyəd
Vəzifədədir
788 — 788; 799 — 801-ci ildən
ƏvvəlkiYusif ibn Rəşid; Süleyman ibn Yəzid
SonrakıƏsəd ibn Yəzid
Şəxsi məlumatlar
Doğum tarixi VIII əsr
Vəfat tarixi
Vəfat yeri Bərdə
Fəaliyyəti hərbi lider[d], qubernator
Uşaqları Əsəd, Məhəmməd, Xalid

Yəzid ibn MəzyədƏrəb Xilafətinin ƏrməniyyəAzərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi.

Qəbiləsi[redaktə | mənbəni redaktə et]

Tam adı "Yəzid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi.[1] Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yəzid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə hakimliyi ilə təltif olunmuşdu.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Xəlifə Harun ər-Rəşidin ƏrməniyyəAzərbaycana hakim təyin etdiyi Əli ibn İsa ibn Məhana qarşı müxtəlif şəhərlərdə üsyanlar verirdi. Yəqubi qeyd edir ki, "buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə çaxnaşma düşdü".[2] Belə olduqda xəlifə 787 – ci ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə və Azərbaycana hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı.[3] 794-cü ildə Şeyban tayfasından başqa bir üsyançı olan xarici Valid ibn Tarifi məğlub etdi və öldürdü. 799-cu ildə yenidən Ərməniyyə hakimliyinə təyin olundu. Xəzər-ərəb müharibələri gedişində Ərməniyyəni xəzərlərdən qorumuş və müharibənin sonunu təyin etmişdir.

Ölümü[redaktə | mənbəni redaktə et]

Yəzid Şirvanşah Məzyədilər sülaləsinin banisi və xilafətin məşhur sərkərdələrindən biri idi. O, h.185 (801)-ci ildə Bərdədə ölmüş və orada da dəfn olunmuşdur. Mənbə onun ölümünün təfərrüatını belə nəql,edir: "Söyləyirlər ki, bir qonaqlıqda ona gözəl bir qız bağışlayırlar. O, məclisi tərk edərək qızla intim əlaqəyə girir və onun ağuşunda ölür. Bu, Bərdədə olmuşdur..." [4] Numizmatik məlumatlara görə, Yəzid ölümündən sonra onun oğulları Əsəd ibn Yəzid, Məhəmməd ibn Yəzid [5]. və xəlifənin h.205 (802)-ci ilə qədər bir-birinin ardınca Azərbaycana, Arrana, Ərməniyyəyə təyin etdiyi bir sıra əmirlər hakimiyyət sürmüşlər.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Qardaşı - Əhməd ibn Məzyəd

Oğulları - Əsəd, Məhəmməd, Xalid

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V. Minorski, Şirvan və Dərbəndin tarixi, səh. 42
  2. S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007, səh 63
  3. Əl-Yəqubi, s.12, ərəb mətni, s.8
  4. Mинopcкий. Иcтopия Шиpвaнa, c.44
  5. Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып.II, c.96-99