Yəmənlilər — Vikipediya

Yəmənlilər
Ümumi sayı
19 700 000
Yaşadığı ərazilər
Böyük Britaniya Birləşmiş Krallıq
Dili

Ərəb dili

Dini


Yəmənlilər[1], Yəməndə yaşayan ərəblər. Yəmənlilərin sayı 19,7 min nəfər (2005 il.) təşkil edir. Təqribi olaraq 1,5 mln nəfəri Fars körfəzi regionunda məskunlaşmışdır.

Yaranması[redaktə | mənbəni redaktə et]

Yəmənlilər Ərəbistan yarımadasının cənubunda yayılmış köklü xalq.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qədim zamanlarda Cənubi Ərəbistan ərazisində əkinci bir sivilizasiya mövcud olmuşdur. Yəmən ərazisində Main, Kataban, Ausan, Hadramaut, Səba və Himyar dövlətləri bir-birini əvəz etmişdir. IV əsrdə Yəmən ərazisini qısa müddətə də olsa Aksum çarlığı tərəfindən işğal edilmişdir. 570-ci ildə Yəmən farslar tərəfindən ələ keçirilir. İslam 628-ci ildə Yəməndə yayılması ilə bölgə Sasanilərin nəzarətindən çıxır. XVI əsrdə Yəmən Osmanlı imperiyasının tərkibinə qatılır. 1939-cu ildə ingilislər Ədəndə hakimiyyətləri qurmaq müvvəqəti də olsa bölgəni nəzarətə ala bilirlər. 1918-ci Şimali Yəmən müstəqil krallıq elan edilir. 1962-ci ildə isə ölkə respublika elan edilir. 1967-ci ildə isə Cənubi Yəmən müstəqilliyini əldə edir. 1990-cı ildə isə hər iki dövlət birləşərək Yəmən Respublikası adlandırılır.

Dil[redaktə | mənbəni redaktə et]

Yəmənlilərin böyük bir qismi ərəb dilinin şimali-yəmən və cənubi-yəmən ləhcələrində danışırlar. Subetnik qruplar isə mahri, sakot və hadramaut dialektlərində danışır.

Genetika[redaktə | mənbəni redaktə et]

Genetik araşdlrmalar onu göstərir ki, yəmənlilər arasında J DNK olanlar 72%[2] təşkil edir,

İnanc[redaktə | mənbəni redaktə et]

Yəmənlilər islamın müxtəlif məzhəblərindədirlər. Şimal-şərq ərazilərinin köçəri və yarımköçəri tayfaları şiədirlər. Şiələrin böyük qismi zeyditlər, az bir hissəsi isə ismaililərdir. Cənun və cənub-qərbində isə sünnilər yayılmışdır.

Sosial birliklər[redaktə | mənbəni redaktə et]

Yəmənli «cambiya» xəncəli ilə

Şimali Yəməndə ən hörmətli şəxslər şeyxlər sayılır. icma şəklində yaşayırlar. Hələdə tayfa qaydaları hökm halındadır. Hər qəbilə üzvünün «Cambiya» adlı xəncəli vardır. O əvəz olunmaz atribut sayılır. Hər yəmənlinin evində pulemyot, qrantamyot və hətta yüngül artilleriya (bəzilərində) belə saxlanılır[3].

Ölkənin cənub və cənub-qərbində yaşayan əhali bura çoxlu sayda yağıntınln düşməsi ilə əlaqədar əkinçiliklə məşğul olur. Şimal-şərq bölgəsinin əhalisi isə heyvandarlıqla məşğul olur. Bu bölgənin əhalisi köçəri maldarlıqla məşğul olurlar Yəmən ərazisi tarixən kofe plantasiyaları geniş ərazini əhatə etsə də 1990-cı ildə vətəndaş müharibəsi zamanı onların böyük hissəsi məhv olmuşdur. Yəmənlilərin əsas qidası dənli bitkilər, meyvələr, ət, süd sahil ərazilərində isə balıqdır. Ölkə ərazisində əhalinin 80 % kat adlı bitkinin yarpaqlarını çeynəyir. Bu sahə üzrə ümumi əhalinin 18 % məşğul olur. Kat bitkisi narkotik tərkibli bitkidir.

Köçərilərin əsas yaşayış yeri çadırlardır. Şəhərlərdə isə insanlar mağara evlərdə və 5-7 mərtəbəli binalarda yaşayırlar. Binalar əsasən saman qarışıq kərpicdən inşa edilmişdir.

Yəmən zəngin müsiqi və poeziya ənənələrinə malikdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Социальная история Йемена, Х в. до н. э. — ХХ в. н. э. Вождества и племена страны Хашид и Бакил Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine. М.: КомКнига, 2006.
  2. "Distribution of European Y-chromosome DNA (Y-DNA) haplogroups by country in percentage". 2009-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-22.
  3. Bu hüquq qəbilələrə verilmişdir

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Yəmənlilər