Yüksək Texnologiyalar Parkı — Vikipediya

Yüksək Texnologiyalar Parkı Məhdud Məsuliyyətli Cəmiyyəti
Ümumi məlumatlar
Təsis tarixi 5 noyabr 2012
Bağlanma tarixi 6 noyabr 2018
Baş qərargahın yeri Bakı, Azərbaycan
hightech.az

Yüksək Texnologiyalar Parkı MMC- innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Yüksək Texnologiyalar Parkı — "YTP" Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı əsasında yaradılmışdır.[2] "YTP"-nin fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı — "YTP" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı şəhəri, Pirallahı rayonunda 50 ha torpaq sahəsi Cəmiyyətə ayrılmışdır.

Məqsədi[redaktə | mənbəni redaktə et]

"Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir.[3]

Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı oldu.[4] "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir.[5] Eyni zamanda Azərbaycanda "Qara qızılın" insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.[6] Bu baxımdan, "Yüksək Texnologiyalar Parkı"nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır.[7]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, texnoparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.[8]

Ləğv edilməsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə". 2014-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-25.
  2. "Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-06.
  3. "Gələcəyin yüksəliş və uğur yolu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-25.
  4. ""Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.
  5. ""Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edilib". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-25.
  6. Neft gəlirləri insan kapitalına çevrilir
  7. "Gələcəyin yüksəliş və uğur yolu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-25.
  8. "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə". 2018-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]