Xudayarlı — Vikipediya

Xudayarlı
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu

XudayarlıAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Xudayarlı Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənd. Araz çayı sahilində, düzənlikdədir. Xudayarlı kənddə yaşayan dord nəsildən birinin adıdır. Böyük Vətən müharibəsi illərində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin korpusunun yanına köçmüşdür. Odur ki, kənd bəzən Xudafərin də adlanır.[1].

Tarixi[redaktə | mənbəni redaktə et]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd öz adını Xudayar yüzbaşı Çələbiyanlıdan alıb. O, 1799-cu ildə Qaradağ vilayətinin Çələbiyanlı elində öz adı ilə adlanan оbada anadan оlmuşdu. Bəzi bilgilərə görə Şərəfabad şamı deyilən yurdda dünyaya gəlib. Mоlla yanında оxumuşdu. Atasından sоnra оbalarına yüzbaşılıq еtmişdi. Xudayar yüzbaşı 1835-ci ildə Çələbiyanlı elinin bir neçə obası ilə Qarabağa gəlmişdi. Hələ Qaradağdan tanıdığı Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirə (Cəfərqulu xan Nəvaya) müraciət etmiş, ondan Diridağını almışdı. Burda qışlaq qurmuş, yayı yaylaqda keçirmişdi. Adi bir yüzbaşı olmasına baxmayaraq bir sıra görkəmli adamlarla dostluq etmişdi. İran şahının vəliəhdi Abbas mirzə Naibəssəltənə onu şəxsən tanıyırmış. II Rus-İran savaşında şahzadənin tapşırıqlarını yerinə yetirmişdi. Abbas mirzənin vəfatından sonra Qaradağ hakimi ilə yola getməmiş, Qarabağa mühacirət etmişdi. Qarabağda heyvandarlıqla məşğul olmuş, hakimin xahişlərinə baxmayaraq geri qayıtmamışdı. Xudayar yüzbaşı 1870-ci ildə vəfat edib. Xudayar yüzbaşı Şərəfnisə xanımla ailə qurmuşdu. Mustafa (1830-?), Əsədulla (1832-?), Fərəculla (1839-?), Əmənulla (1842-?) adlı оğulları, Hürnisə və Gülnisə adlı qızları vardı.Kəndin aparıcı tayfası onun törəmələri idilər. Xudayarlı obasından Əziz Fərəc yüzbaşı oğlu çar zabiti idi. Teymur Fərhad oğlu I Dünya müharibəsində iştirak etmişdi. 2020-ci ildə işğaldan azad olunub.

Toponimikası[redaktə | mənbəni redaktə et]

Xudayarlı Cəbrayıl rayonunun Qumlaq inzibati ərazi vahidində kənddir. Araz çayı sahilində, düzənlikdədir. Xudayarlı kənddə yaşayan dörd nəsildən birinin adıdır. Böyük Vətən müharibəsi illərində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin körpüsünün yanına köçmüşdür. Odur ki, kənd bəzən Xudafərin də adlanır.[2]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan aşıq şeirinin babası Dirili Qurbani, Dirili Surxay əslən bu kəndəndirlər.

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Kənddə anaxaqanlığı dövründən qalma Mazan nənə türbəsi, Qız qalası (Cəbrayıl) istehkamı, Dirili Qurbaninin məzarı, Mərmər ana türbəsi və başqa tarixi abidələr qərar tuturdu.

Qızqalası istehkamı

Əhalisi[redaktə | mənbəni redaktə et]

Tayfaları[redaktə | mənbəni redaktə et]

Xudayarlı, Hacıabasəlilər, Abışlı, Hacıhüseynli...

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Yük üstü çadırlı, yük altı qatırlı oba - Xudayarlı, Bakı, "Soy" dərgisinin buraxılışı, 2004, 128 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427