Xudafərin SES — Vikipediya

Xudafərin SES
Xudafərin Su Elektrik Stansiyası
Xudafərin su elektrik stansiyası
Xudafərin su elektrik stansiyası
Xəritə
Ümumi məlumatlar
Çay Araz
Sahibi
Status İşlək
Tikilmə tarixi 1999
İstismara verilib 2008
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 102 və ya 200 MVt
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Əsas qurğular
Bənd tipi Torpaq-bənd
Bəndin hündürlüyü 64[1]
Bəndin eni 400[2]
Yerləşməsi
39°09′35″ şm. e. 46°56′05″ ş. u.
Ölkələr
Rayon
Yer Xudafərin şəhristanı, Cəbrayıl rayonu
Xudafərin SES xəritədə
Xudafərin SES
Xudafərin SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xudafərin SESİranAzərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərindəki torpaqla doldurulmuş bir bənddir. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[mənbə göstərin]

SES Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Stansiyanın gücü 102[3] və ya 200 meqavata bərabərdir.[4] Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur.[5][6]

Tarixi[redaktə | mənbəni redaktə et]

Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə iran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır[5]. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır[7].

Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur. SES 2010-cu ildə açılır. Suvarma işləri ilə bağlı tikint hələdə davam edir[8]. İnşaat zamanı bir neçə Tunc dövrünə aid yer, o cümlədən Saka-İskit döyüşçüsünün qəbri tapılmışdır.

2022-c ilin iyulunda "Xudafərin" və "Qız Qalası" hidroqovşaq və su elektrik stansiyalarının (SES) üzərində iki bəndin birgə tikintisini sürətləndirəcək sənəd imzalanıb.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dams (>15 m) Under Construction in IRAN" (PDF). WRM. 22 July 2011 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 April 2012.
  2. "Construction operation of Khoda Afarin dam power plant was begun". Farab Co. 29 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2012.
  3. "Azərbaycan və İran arasında su elektrik stansiyalarının birgə istifadəsi ilə bağlı müzakirələr aparılıb". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-13.
  4. 1 2 "Azərbaycan və İran arasında sənəd imzalanıb". 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  5. 1 2 "Reducing Transboundary Degradation of Kura-Aras River Basin" (PDF). National Report of Islamic Republic of Iran. National TDA-Islamic Republic of Iran. June 2006. 8. 26 February 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 April 2012.
  6. "Arxivlənmiş surət". 2012-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  7. Hayrumyan, Naira. "На что намекает Иран". lragir.am (rus). 24 April 2016. 15 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020. Напомним, что Худаферинская ГЭС строится на реке Аракс, на границе Ирана и Карабаха, в соответствии с договором между Ираном и Арменией, заключенным в 2007 году.
  8. "Khdaafryn dam will irrigate 30 thousand hectares of land in East Azarbaijan" (Persian). WNN. 20 April 2010. 13 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2012.