Xonqxa çayı — Vikipediya

Xonqxa (Qırmızı)
çin. 元江, vyet. Sông Hồng
Çayda günəşin qürubu. Hanoy körpüsündən görünüş
Çayda günəşin qürubu. Hanoy körpüsündən görünüş
Ölkələr
Mənbəyi Çin Xalq Respublikası
 • Yüksəkliyi 1776 m
Mənsəbi Cənubi Çin dənizi
 • Yüksəkliyi 0 m
Uzunluğu 1183 km
Su sərfi 900 m³/s
Su hövzəsi 158000 km²
Hövzəsinin sahəsi 158.000 km²
Xonqxa çayı (Çin)
mənbəyi
mənsəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xonqxa[1] (Qırmızı) (vyet. Sông Hồng; çin. 元江, Yuanszyan) — Çin Xalq Respublikasının cənubunda və Vyetnamın şimalında yerləşən çay.[2]

Adlanması[redaktə | mənbəni redaktə et]

Çində Yuanszyan (çin. 元江) və ya Xunxe, pinyin dilində Hónghé, — vyet. Şonqxonq, əvvələr vyet. Xonqa adlandırılmış.

Xarakteriskası[redaktə | mənbəni redaktə et]

Çayın uzunluğu 1183 km, sahəsi təxminən 158 min km²-dir.[2] Su sərfi mənsəbində 30 min m³/saniyədir. Ən aşağı su sərfi — 700 m³/saniyədir. Orta su sərfi — 900 m³/saniyədir. Mənbənin dəniz səviyyəsindən hündürlüyü — 1776 metrdir. Dənizə Syuantxyui qoruq ərazisində tökülür. Dənizə töküldüyü ərazidə dəhnə formalı körfəz formalaşıb. Körfəz Balat (vyet. Cửa Ba Lạt) adlanır. Cənubi Çin dənizinə tökülənə qədər Txaybin və Namdin əyalətləri arasında inzibati sərhəddi formalaşdırmış.

Suyun qırmızımtıl-qəhvəyi rəngi çayın Qırmızı adlandırılmasına səbəb olmuşdur. Suyun tərkibində olan lil ona bu rəngi verir. Xonqxa çayında musson mövsümündə baş verən daşqınlar onun il boyu fərqli səviyyələrə malik olmasına səbəb olur. Xonqxa çayının deltası Vyetnamın mühüm kənd təsərrüfatı bölgəsidir.

Axımı[redaktə | mənbəni redaktə et]

Çay öz başlanğıcını Çinin Yunnan əyalətindən, Dalı şəhərinin cənubunda yerləşən dağlardan götürür. Cənub-şərqə doğru axaraq ÇinVyetnam arasında 80 km-lik sərhədi formalaşdırır. Xonqxa daha sonra Laokay əyalətində və eyni adlı şəhərdən keçərək düzənlik əraziyə çıxır. Vetçi şəhəri yaxınlığında çaya Lo və Da (Qara) çayları birləşir. Bakbo körfəzinə tökülənə qədər çay HanoyHayfon şəhərlərindən keçir.

Əsas qolları[redaktə | mənbəni redaktə et]

Xonqxa çayının əsas üç qolu var. Soldan ona Nansixe, sağdan isə Lo və Da çayları birləşir.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Xonqxa çayı üzərində yerləşən Nanşa su anbarı

Əsasən düyü tarlalarının suvarılmasında istifadə olunur. XIX əsrdə Xonqxa çayı Çinin mühüm ticarət marşrutu hesab edilirdi.[3] Vyetnam ərazisində, Hanoy şəhərəinə kimi çayda gəmiçilik inkişaf edib. Ümumi uzunluğu 175 km olan bu hissəyə dəniz gəmiləri belə daxil ola bilir. Çin ərazisində Xonqxada çay gəmiçiliyi əsasən yaxın məntəqələrə çayın dibindən qum daşınması ilə məhdudlaşır. Çay üzərində yerləşən böyük şəhərlər — Xekoy (Çin) və Yenbay, Laokay, Hanoy (Vyetnam). Xonqxa çayının deltasının qollarının birində Hayfon dəniz limanı yerləşir.[2]

Çin ərazisində çay üzərində bir-neçə SES inşa edilmiş. Nanşa SES-i Yuanyan və Szyanşuy uezdinə yerləşir. (Xunxe-Xani-İiski muxtar əyaləti). Maduşan SES-i isə Qeszyu və Szinpin uezdlərində yerləşir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Географический энциклопедический словарь: географические названия / Под ред. А. Ф. Трёшникова. — 2-е изд., доп. — М.: Советская энциклопедия, 1989. — С. 529. — 210 000 экз. — ISBN 5-85270-057-6.
  2. 1 2 3 Большая советская энциклопедия
  3. Bulletin of the Geographical Society of Philadelphia, 9–10, Geographical Society, 1912, 18–20[ölü keçid]