Xerson döyüşü (2022) — Vikipediya

Xerson döyüşü
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Tarix 24 fevral - 11 noyabr 2022.
Yeri Xerson vilayəti, Ukrayna Ukrayna
Münaqişə tərəfləri

Rusiya Rusiya

Ukrayna Ukrayna

Tərəflərin qüvvəsi

Rusiya Silahlı Qüvvələri

Ukrayna Silahlı Qüvvələri

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xerson uğrunda döyüşlərRusiya silahlı qüvvələrinin Ukraynanın Xerson vilayəti ərazisində 24 fevral 2022-ci ildə başlayan və davam edən hücumudur. Martın 3-dən noyabrın 11-dək şəhər Rusiya tərəfindən işğal edildi, 2022-ci ilin noyabrında rus ordusu şəhərdən geri çəkildi, Xerson noyabrın 11-də Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edildi.

Hücum[redaktə | mənbəni redaktə et]

Rusiya prezidenti Vladimir Putinin Ukraynada “xüsusi hərbi əməliyyat” elan etməsindən az sonra Rusiya Hərbi Hava Qüvvələri Krım ərazisindən Xerson vilayətinin bir sıra şəhərlərindəki hədəflərə qanadlı və ballistik raketlər atmağa başlaydı. Daha sonra Rusiya aviasiyasının dəstəyi ilə Rusiya silahlı qüvvələri Novaya Kaxovka[1], Geniçesk[2], Melitopolu[3] işğal edərək Xersona yaxınlaşaraq tədricən Xerson vilayətinin dərinliklərinə daxil olmağa başladılar[4].

Fevralın 24-də axşam rus qoşunları Antonovski körpüsünə nəzarəti ələ keçirmək üçün Xersonu işğal etməyə cəhd etdilər ki, bu da ruslara Dnepr çayı üzərindən Nikolayevin mühüm nəqliyyat mərkəzinə doğru strateji keçid imkanı verəcək. Ukraynanın mexanikləşdirilmiş qüvvələri körpünü qoruya bildi və rusları şimala doğru növbəti ən yaxın Dnepr keçidinə, fevralın 25-də rusların tutduqları Novaya Kaxovka şəhərinə doğru irəliləməyə məcbur etdi. Daha sonra, fevralın 25-də rus qoşunları Antonovski körpüsünü işğal etdilər[5]. Bu obyekt uğrunda döyüş son dərəcə şiddətli kimi təsvir olunur[6]..

Xerson meri İqor Kolıxayevin sözlərinə görə, fevralın 26-na keçən gecə Ukrayna hava qüvvələrinin Rusiyanın zirehli mövqelərinə endirdiyi zərbə rusları körpüdən keçərək Dnepr çayının şərq tərəfinə çəkilməyə məcbur edib[7][8].

Fevralın 26-da günortadan sonra Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Gennadi Laxuta Ukrayna ordusunun Xersona keçidə nəzarəti itirdiyini və bunun ruslara böyük itkilər verdiyini bildirdi[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "В Новой Каховке зафиксировали колонну военной техники РФ возле городского совета". 24 Канал (rus). 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  2. "Россия захватила два города - СМИ". korrespondent.net (rus). 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  3. Анна Кузнецова. "150-тысячный Мелитополь в Запорожской области перешёл под контроль армии РФ — NewsUA.RU". newsua.ru (rus). 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  4. "Минобороны сообщило о выходе российских военных к Херсону на Украине". РБК (rus). 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  5. 5,0 5,1 "Ukraine loses control over crossing to Kherson". www.ukrinform.net (ingilis). 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
  6. Video: See aftermath of battle over key bridge in Ukraine — CNN Video, 26 February 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-02-25
  7. "Херсон наш: на линии вышли троллейбусы, водоснабжение в обычном режиме, в бомбоубежищах родились двое малышей | Новости Одессы". dumskaya.net. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
  8. "Arxivlənmiş surət". 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.