Xarkov — Vikipediya

Şəhər
Xarkov
ukr. Ха́рків
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
50°00′00″ şm. e. 36°13′45″ ş. u.
Ölkə  Ukrayna
Vilayət Xarkov vilayəti
Daxili bölgüsü 9 rayon
Mer Gennadi Kernes
Tarixi və coğrafiyası
Əsası qoyulub 1630
İlk məlumat 1552
Yaşayış məntəqəsi statuslu 1669
Sahəsi 350[1]
Mərkəzin hündürlüyü 94-205 m
İqlimi kəskin kontinental
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 1 447 881 nəfər (2017)
Sıxlığı 4111 nəf./km²
Aqlomerasiya 2 097 000
Milli tərkibi ukraynalılar[2], ruslar[3], yəhudilər, ermənilər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 57
Poçt indeksi 61000–61499
Nəqliyyat kodları AX, KX / 21
Digər
city.kharkov.ua
Xəritəni göstər/gizlə
Xarkov xəritədə
Xarkov
Xarkov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarkov (ukr. Харків) — Xarkov vilayətinin inzibati mərkəzi olan Ukraynanın şərq hissəsindəki ən böyük şəhərdir. Əhalinin sayına görə Xarkov Kiyevdən sonra Ukraynada ikinci yeri tutur. Vaxtilə şəhər MoskvaLeninqraddan sonra SSRİ-nin üçüncü ölçü üzrə sənaye, elmi və nəqliyyat mərkəzi idi.

Tarixi[redaktə | mənbəni redaktə et]

Xarkov təxminən 1654-cü ildə qədim rus şəhəri olan Xarkovun yerində yaradılmışdır. 1918-ci ilin fevral-mayında Xarkov Donetsko-Krivorojski Respublikasının paytaxtı rolunu oynayırdı, 1918-ci ilin mart-aprelində Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur, 1919-cu ilin martda — iyununda və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununa qədər Ukrayna SSR-ının paytaxtı olmuşdur.[4]

Nəqliyyat[redaktə | mənbəni redaktə et]

Müasir Xarkov ölkənin ən böyük nəqliyyat qovşaqlarından biri hesab edilir. Onun içərisindən dəmir və şose yolları keçir, həmçinin beynəlxalq aeroport var. Şəhərin özündə küçə ictimai nəqliyyatının şöbələrə ayrılmış şəbəkəsi fəaliyyət göstərir: marşrut taksiləri, avtobuslar, trolleybuslar, tramvaylar. 1975-ci ildən Xarkovda 3 xətdən ibarət olan və şəhərin 9 inzibati ərazisini birləşdirən metropoliten işləyir.

Təhsil[redaktə | mənbəni redaktə et]

Hal-hazırda Xarkovda müxtəlif mülkiyyət formalarının və akkreditasiyanın səviyyələrinin 69 ali məktəbi mütəxəssisləri hazırlayırlar. Onların arasında 17 universitet və 9 akademiya var.

Xarkovun bir çox ali təhsil müəssisələri, məsələn, XAİ (aviasiya), MTU "XPİ" (politexnik), XAYİ (avtoyol) kimi, yalnız Ukraynada yox, həmçinin onun hüdudları xaricində məşhurdurlar. Xarkovun ali məktəbləri ən müxtəlif ixtisaslaşmalara malikdir: texniki, aqrar, hərbi, tibbi, iqtisadi. Xarkovun ali təhsil müəssisələrində 200 mindən çox tələbə oxuyur, və onlardan arasında təxminən 12 mini xarici tələbələrdir.

Həmçinin şəhərdə 142 elmi tədqiqat institutu, 16 muzey, şəhər şəkil qalereyası, 6 dövlət teatrı və 80 kitabxana işləyirlər.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Xarkovun 65%-dən çox sakini rus dilini öz ana dili hesab edirlər.

Xarkovun diqqətəlayiq yerlərinin arasında xarkovlular özləri azadlıq meydanını adlandırırlar, hansı ki, şəhərin mərkəzi sahəsidir; Xarkov planetarisi; hələ Rusiya imperiyası dövründə açılmış Xarkov heyvanat parkı; MDB-da ən böyük olan Xarkov delfinariumu, həmçinin şəhərin əsas Metallist stadionu, hansında ki, eyni adlı yerli futbol klubu öz oyunlarını keçirir. Xarkov şəhərinin əhalisini təxminən 1,5 milyon daimi sakin təşkil edir. Şəhərdə cəmi 111 millətin nümayəndələri yaşayırlar.

Qardaş şəhərlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Парламент затвердив нові межі Харкова" (ukrayna). Официальный сайт Харькова. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
  2. "ВВС. Аналитика Е. Каневский. Русские и Украина: не национальность, а язык". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-14.
  3. «Маяк». Харьков — город уютный, совсем русский…
  4. "Xarkov şəhərinin tarixi". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]