Xanlar Muradov — Vikipediya

Xanlar Muradov
Xanlar Yunus oğlu Muradov
Doğum tarixi
Doğum yeri Lökbatan, Qaradağ rayonu
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Bakı
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2000

Xanlar Yunus oğlu Muradov — Aktyor, Respublikanın Əməkdar artisti (2000)

Həyatı[redaktə | mənbəni redaktə et]

Xanlar Muradov 30 aprel 1946-cı ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olub. Əmək fəaliyyətinə H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında başlayıb. Teatrda ilk rolu Ə. Haqverdiyevin "Müsibəti Fəxrəddin" tamaşasında Qurban rolu olmuşdur (1973-cü il). Bu teatrda o 50 yaxın rol oynamışdir.

1975-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor işləyib. Danabaş kəndinin əhvalatları-Xudayar bəy, Qızıl toyda Rəhim, Subaylarınızdan görısiniz-Seyfi, Səhnədə məhəbbətdə-Milyonçu, Məhəbbət oyununda-Daşdəmirov, Nəğməli Könüldə-Fərrux və s. İşlədiyi müddətdə teatın repertuarında olan əksər tamaşalarda rollar oynamışdır.

28 oktyabr 2000-ci ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

5 fevral 2005-ci ildə Bakıda vəfat edib.[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Şir evdən getdi (film, 1977) — milis işçisi
  2. Od içində (film, 1978)
  3. Evləri köndələn yar (film, 1982)
  4. Topal Teymur (film, 1983)
  5. Bəxtəvər (film, 1990)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əməkdar artistin xatirəsi anılıb". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-10.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]