Xames Rodriqes — Vikipediya

Xames Rodriqes
isp. James Rodríguez
Ümumi məlumatlar
Tam adı Xames David Rodriqes Rubio
Doğum tarixi (32 yaş)
Doğum yeri Kukuta, Kolumbiya
Vətəndaşlığı  Kolumbiya
Boyu 180 sm
Çəkisi 77 kq
Mövqeyi hücumçu
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub Braziliya San-Paulu
Nömrəsi 19
Karyerası
Gənclik karyerası
2001—2005 Academia Tolimense de Fútbol
2005—2006 Enviqado
Klub karyerası[* 1]
2006—2008 Kolumbiya Enviqado 30 (9)
2008—2010 Argentina Banfild 42 (5)
2010—2013 Portuqaliya Portu 65 (25)
2013—2014 Fransa Monako 34 (9)
2014—2020 İspaniya Real Madrid 85 (29)
2017—2019   Almaniya Bayern Münhen (icarə) 43 (14)
2020—2021 İngiltərə Everton 23 (6)
2021—2022 Qətər Er-Reyyan 13 (4)
2022—2023 Yunanıstan Olimpiakos 20 (5)
2023—h.h. Braziliya San-Paulu 12 (1)
Milli yığma[* 2]
2007 Kolumbiya Kolombia U-17 11 (3)
2011 Kolumbiya Kolombia U-20 5 (3)
2011–h.h  Kolumbiya 89 (25)
İmzası
İmza

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15 yanvar 2024 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15 yanvar 2024 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xames Rodriqes (isp. James Rodíguez) — Kolumbiya milli yığma komandası və San-Paulu klubunun futbolçusu.

Şəxsi Həyatı[redaktə | mənbəni redaktə et]

Xames 12 iyul 1991-ci ildə Kolumbiyanın Kukuta şəhərində doğulub. Evlidir və bir qızı var.[1] xristiandır.[2]

Kulub karyerası[redaktə | mənbəni redaktə et]

Enviqado[redaktə | mənbəni redaktə et]

Xammes Rodriqers peşəkar karyerasına 2007-ci ildə Enviqado kulubunda başlayıb. Enviqado kulubunda bir mövsü keçirib. Bu bir mövsümdə 30 oyuna çıxaraq 6 qol vurub.

Banfiend[redaktə | mənbəni redaktə et]

2006–2007-ci illər mövsümündə Xames 2,6 milyona Banfiend kulubuna transfer olunub. Burada 3 sezona 45 oyuna çıxan Xames 5 qol vurmuşdur.

Portu[redaktə | mənbəni redaktə et]

2010–2011[redaktə | mənbəni redaktə et]

Xames 2010-cu ildə 6.4 $ milyona 4 illiyə Portuya transfer olunub. Premyer Liqada ilk mövsümdə 32 oyuna 6 qol vurdu və 18 məhsuldar ötürmə ilə yadda qaldı.

2011–2012[redaktə | mənbəni redaktə et]

bu sezonda 26 maçda 12 qol vuraraq özünün yeni rekordunu müəyyənləşdirmişdir.

2012–2013[redaktə | mənbəni redaktə et]

2012–2013 mövsümündə də Xames Portuda oynadı. Bu mövsümdə 38 oyuna çıxan Xames 18 qol və 27 məhsuldar ötürmə ilə yadda qalıb.

Monako[redaktə | mənbəni redaktə et]

15 may 2013-cü ildə Xames Monakoya 45 $ milyona transfer olunub. İlk mövsümdə Liqada 34 oyun keçirən Xames 9 qol vurub.

Real Madrid[redaktə | mənbəni redaktə et]

2014-cü il 22 iyul yay transfer pəncərəsində Real Madrid onu heyətinə cəlb etdi. Real Madrid onu 80 milyona 6 illiyə almışdır. Burada 77 oyun keçirərək rəqib qapılarına 28 qol vurub. Real Madriddə son qolunu Departivoya vurub. Bu oyun Real Madridin 6–2 qələbəsi ilə qurtarıb. Müqavilənin vaxtı bitməmiş 2017-ci il yay transfer pəncərəsində 11 iyul Bayern Münhenə transfer olunub.

Bayern Münhen[redaktə | mənbəni redaktə et]

11 iyul 2017-ci ildə Xames Bayern Münhenlə 2 illliyə icarə əsasında transfer olundu. Bavariyada o 1 oyun keçirib. Bu oyun 19 iyul 2017-ci ildə Bayer Münhen–Arsenal oyunu olub. Bu matç İnternatinal kubokda keçrilib. Matç 1–1 hesabı ilə bitib. Əlavə vaxtda da hesab açılmadığından oyun penaltilər seriyasına qədər uzanıb. Penaltilər seriyasında isə Arsenal 3–2 hesabı ilə qalib gəlib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "jamesrodriguez10". 2016-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.
  2. "Colombia's James Rodriguez, a proud father and the man Brazil most fears at World Cup". 2015-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-25.