Xaltanlı Tağı — Vikipediya

Xaltanlı Tağı
Doğum tarixi 1776
Doğum yeri
Vəfat tarixi 1890
Vəfat yeri
Fəaliyyəti musiqiçi
Vikimənbənin loqosu Xaltanlı Tağı Vikimənbədə

Xaltanlı Tağı (1776, Xaltan, Quba rayonu1890, Xaltan, Quba rayonu) — XIX əsr aşıqlarındandır, Şirvan məktəbinin qurucusudur.

Həyatı[redaktə | mənbəni redaktə et]

1776-cı ildə Qubanın Xaltan kəndində anadan olmuş, ömrünün sonuna qədər bu kənddə yaşamışdır. Tat olmuşdur. Bir çox ölkələri gəzib-dolaşmış, orada çoxlu aşıqlarla deyişmişdir. Aşıq şerinin əllidən artıq növündə şeirlər yazmışdır. Həm Azərbaycan, həm də tat dillərində yazıb-yaratmışdır.

Quba, Şamaxı tərəflərdə məşhur olmuş, bir müddət Dağıstanda da yaşamışdır. Onun Dağıstana getdiyi illər Şeyx Şamil hərəkatı dövrünə düşmüşdür. Deyilənə görə, əsgərlər onu tutub Şamilin yanına gətirmiş, söhbət zamanı onun el sənətkarı olduğu aydınlaşmışdır. Tağıya burada, əsgərlərlə qalması təklif olunmuş, o isə aşığın el arasında olmasını söyləmiş və sərbəst bura xılmasını xahiş etmişdir. Xaltanlı Tağı oradan Tabasarana, Həştər xana, Şamaxıya, Gəncəyə, Qarabağa gəlmiş, el sənətkarı kimi müxtəlif bölgələri gəzmiş, Xoya, Xorasana getmişdir. Axırıncı xəbəri Təbrizdən gəlmişdir. Quba ağsaqqallarının söyləmələrinə görə, Xaltanlı Tağının əsli Təbrizdən olmuşdur. "Bəlkə gəlmədim" rədifli şeirində də buna işarələr vardır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Xaltanlı Tağı
  • Tahir Həsənli, "XALTANLI TAĞI", "Azərbaycan jurnalı, 2024, 1, s.180