Xalqların Demokratik Partiyası (Türkiyə) — Vikipediya

Xalqların Demokratik Partiyası

Halkların Demokratik Partisi
XDP
Loqonun şəkli
Sədri Pərvin Büldan[1][2], Sezai Temelli[2], Səlahəddin Dəmirtaş[3]
Quruluş tarixi 15 oktyabr 2012[1]
Baş qərargah
İdeologiya demokratik sosializm, antikapitalizm[d], Laisizm
İdeoloji spektr Sol
Üzvlüyü
Şüar İnadına Barış, İnadına HDP
Parlamentdə
0 / 600
Bələdiyyədə
  • 0 / 30
    (Böyükşəhər)
  • 0 / 51
    (İl)
  • 3 / 922
    (İlçə)
  • 12 / 386
    (Bəldə)
  • 101 / 1.251
    (İl Ümumi Məclisləri)
  • 1.230 / 20.498
    (Bələdiyə (İlçə və Bəldə) Məclisləri)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalqların Demokratik Partiyası (türk. Halkların Demokratik Partisi; kürd. Partiya Demokratîk a Gelan) — 15 oktyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abbreviaturası "HDP"dir. Onun simvolu gövdə hissəsi iki əldən ibarət olan ağac təsviridir. Partiya həmsədrləri Sultan Özcan və Cahit Kırkazakdır.

Yavuz ÖnenFatma Gök tərəfindən Xalqların Demokratik Qurultayının parlamentdə siyasi partiya ilə təmsil olunması qərarı ilə təsis edilib. 27 oktyabr 2013-cü il tarixində keçirilən 1-ci Fövqəladə Baş Assambleyada İstanbul millət vəkili Səbahat Tuncel və Mersin Millət vəkili Ərtoğrul Kürkçü həmsədr təyin edildi.[5] 22 iyun 2014-cü il tarixində toplanan 2-ci Fövqəladə Qurultayda HDP həmsədrləri Van milləy vəkili Figən Yüksəkdağ və Hakkari millət vəkili Səlahəddin Dəmirtaşın üzərinə götürdü.[6] 3 fevral 2017-ci ildə çağırılan 3-cü Fövqəladə Qurultayda Figən Yüksəkdağın mühakimə olunduğu üçün siyasi hüquqlarından məhrum edilməsindən sonra Sərpil Kemalbay Pekgözegü həmsədrliyi Səlahəddin Dəmirtaşla paylaşdı.[7][8]

Türkiyədə 2015-ci ilin iyununda keçirilən ümumi seçkilərdən sonra qurulan 63-cü Türkiyə hökumətində Xalqların Demokratik Partiyası iki nazirliklə təmsil olunub, Kocaeli millət vəkili Əli Heydər Konca Avropa Birliyi naziri, İzmir millət vəkili Müslüm Doğan isə inkişaf naziri vəzifələrində çalışıb. Bu nazirlər 2015-ci il sentyabrın 23-də vəzifələrindəb istefa veriblər.

Xalqların Demokratik Partiyasının mərkəzi komitəsi, əyalət və rayon rəhbərləri və onun keçmiş rəhbərlərinin əksəriyyəti həbsdədir. Eyni zamanda, HDP-yə bağlı 15 min nəfər saxlanılıb, onlardan 6 mini indiyədək həbs edilib. Eyni hesabata görə, 2015-ci ilin iyul ayından indiyədək 89 il təşkilatı həmsədri və 193 ilçə təşkilatı həmsədri həbs edilib. Eyni zamanda, HDP-nin 1 noyabr seçkilərində parlamentə daxil olan 59 deputatından 9-u saxlanılıb, 31-i isə saxlanılsa da sərbəst buraxılıb..[9][10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 https://www.yargitaycb.gov.tr/icerik/1144/halklarin-demokratik-partisi.
  2. 2,0 2,1 https://m.bianet.org/bianet/siyaset/194211-hdp-es-genel-baskanlari-pervin-buldan-ve-sezai-temelli-oldu.
  3. https://www.sozcu.com.tr/2014/gundem/hdp-es-genel-baskanlari-secildi-539171/.
  4. https://www.hdp.org.tr/tr/iletisim/35/.
  5. Serhat KORKMAZ. "HDP Eş Genel Başkanlığına Tuncel ve Kürkçü Seçildi". bianet.org (türk). Archived from the original on 2014-02-05. İstifadə tarixi: 1 aprel 2023.
  6. BİA Haber Merkezi. "HDP'nin Eş Genel Başkanları Yüksekdağ ve Demirtaş". bianet.org (türk). Archived from the original on 2015-02-04. İstifadə tarixi: 1 aprel 2023.
  7. Deutsche Welle Türkçe. "HDP'nin yeni eş genel başkanları seçildi". dw.com (türk). 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  8. Yurdagül Şimşek. "HDP'nin yeni Eş Genel Başkanı Serpil Kemalbay: Mücadeleyi yükselteceğimiz bir döneme giriyoruz". tr.sputniknews.com (türk). Archived from the original on 2019-01-06. İstifadə tarixi: 1 aprel 2023.
  9. Evrensel. "HDP'den hak ihlalleri raporu: 15 bin kişi gözaltına alındı, 6 bin kişi tutuklandı". evrensel.net (türk). Archived from the original on 2019-12-10. İstifadə tarixi: 1 aprel 2023.
  10. 140journos. "hangi hdp milletvekilleri tutuklu?". 140journos.com (türk). 2017-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.