Xəzər tısbağası — Vikipediya

Xəzər tısbağası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Xəzər tısbağası
Beynəlxalq elmi adı

Xəzər tısbağası (lat. Mauremys caspica) Asiya şirinsu tısbağaları (lat. Geoemydidae) fəsiləsinə aid növdür. Qafqazda ilk dəfə 1774-cü ildə Şamaxı ətrafında qeydə alınmışdır.

Qısa təsviri[redaktə | mənbəni redaktə et]

Karapaks plastronla enli sümük vasitəsilə hərəkətsiz birləşib. Başda, boyunda və ətraflarda sarı rəngdə uzununa zolaqlar yerləşir. Çanaq üstdən zeytuni – qonur rəngdə olub, sarımtıl zolaqlara, alt tərəfi isə sarı rəngdə olub, qara xallara malikdir.

Yayılması[redaktə | mənbəni redaktə et]

mal-Qərbi Afrikada, Cənubi Avropada və Ön Asiyada, həmçinin Aralıq dənizinin şimalındakı adalarda rast gəlinir. Azərbaycan ərazisində nominativ yarımnövü olan (lat. Mauremys caspica caspica) yayılmışdır.

Yarımnövləri[redaktə | mənbəni redaktə et]

  • Mauremys caspica caspica
  • Mauremys caspica siebenrocki
  • Mauremys caspica ventrimaculata

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Kanal, arx və nohurladan tutmuş meşə çayları və körfəzlərə qədər müxtəlif şirinsu hövzələrində adətən qruplarla (3-dən 100-ədək) yaşayır. Sudan uzağa getmir. Aprelin sonu - mayın əvvəllərində qış yuxusundan oyanır. Bundan sonra cütləşmə baş verir. Bir dişi mövsüm ərzində 8-10 ədəd yumurtadan ibarət olmaqla 2-3 dəfə yumurta qoyur. İnkubasiya dövrü iki aya yaxındır. Cinsi yetkinliyə 10-11 yaşında çatırlar. Başlıca olaraq gündüz fəaldırlar. Gecəni su hövzələrinin dibində keçirirlər. Oktyabrın sonu, noyabrın əvvəlləri qışlamay gedirlər. Həm quruda, həm də suda əsasən cücülər, xərçəngkimilər, qurbağalarbalıqlarla, bəzən isə bitkilərlə qidalanır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Изд-во «Элм». Баку, 1978, 264 с.
  • Azərbaycan heyvanlar aləmi, III Onurğalılar, Bakı: Elm, 2004, 619 s.
  • Cəfərova S.Q., Əhmədov S.B., Bünyatova S.N., Əsgərova S.Ə. Azərbaycanda yayılan suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi, ADTU nəşriyyatı, Bakı, 2013.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Fritz U., Havaš P. Checklist of Chelonians of the World. 2007. C. 57. S. 149–368.
  2. The Reptile Database (ing.). / P. Uetz 2015.