Xəzər dənizi donanması — Vikipediya

Xəzər dənizi donanması
Ölkə
Daxildir Rusiya Hərbi Dəniz Qüvvələri
Qərargah
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rusiya Donanamsı Xəzər Flotiliyasının bayrağı

Xəzər Dənizi Flotiliyası (rus. Каспийская флотилия) — Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasıdır. Rusiyada ən qədim flotiliyadır. Xəzər flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskidir. Xəzər flotiliyası 1722-ci ildə, imperator Pyotrun əmri ilə yaradılıb. 1945-ci ildə "Qırmızı bayraq" ordeninə layiq görülüb. Xəzərdə ən böyük qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır.

Qurulması[redaktə | mənbəni redaktə et]

1722-ci ilin noyabrında Pyotrun əmri ilə Həştərxan şəhərində yaradılıb. Admiral Fyodor Apraksin rəhbərliyi altında Rus-Fars müharibəsində iştirak edib, 1796-cı ildə rus ordusunun DərbəndBakını tutmasına kömək edib. 1813-cü il Gülüstan sülhünə əsasən, Xəzər Flotiliyası Xəzər dənizində yeganə hərbi flotiliya olmalı idi. 1867-ci ildə Bakı bu flotiliyanın əsas bazasına çevrildi.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Onun tərkibinə müxtəlif layihəli 30-a yaxın gəmi və kater daxildir. Xəzər flotiliyasının ən iri, güclü və silahlı gəmiləri kifayət qədər artilleriya, torpedo və raket silahlarına malik "Gepard” sinifli "Tatarıstan” (flotiliyanın flaqmanı) və "Dağıstan” keşik gəmiləridir. Keşik gəmilərindən başqa, flotiliyanın tərkibində digər tipli döyüş gəmiləri də var. Təkcə keşik gəmiləri və xırda raket gəmiləri Xəzər dənizinin faktiki olaraq ən azı yarısına nəzarət edir. Flotiliyanın tərkibində həmçinin 847-ci əlahiddə sahil raket diviziyası (Həştərxan), 77-ci əlahiddə qvardiya dəniz piyada briqadası (Kaspiysk), habelə vertolyot eskadrilyası da vardır. Digər Xəzəryanı ölkələr isə həm döyüş gəmilərinin sayına, həm də silahlanma keyfiyyətinə görə Rusiyanın Xəzər hərbi flotiliyasından xeyli geridədirlər.[1]

Raket gəmiləri, əsasən "Dağıstan" gəmisi donanmanın əsasıdır. Bunlar 2012-ci ilin yayında silahlanmaya qəbul olunub, "Kalibr-GK" yeni raket kompleksi ilə təchiz edilib (atəşin məsafəsi dəniz üzrə 2 min 350 km, yerüstü məqsədlər üzrə 2 min km-dən çoxdur). 2013-cü ilin mayında dördüncü bu cür gəmi - "Mahaçqala" suya buraxılacaq. Cəmi beş gəmi olacaq. Sonuncu "Qəhrəman şəhər Volqoqrad" adlanacaq. Gəminin suya oturma dərəcəsi 2 metrdir və istənilən buxtaya daxil ola, istənilən sahilə maksimal yanaşa bilər. Flotiliyada sürəti 40 dəniz mili (bir mil 1,852 km/s) olan desant gəmiləri də var.

Eyni zamanda sərhəd xidməti yeni texnologiya ilə təchiz olunmuş "Brilliant" gəmisi ilə möhkəmləndirilib. 2011-ci ildə flotiliyada "Bal" yeni raket kompleksi ilə silahlanmış diviziya yaradılıb. Xəzər flotiliyasında tezliklə sualtı qayıqlar və onların fəaliyyətini təmin edən pilotsuz uçan aparatlar ola bilər.[2] Cənub Hərbi Dairəsinin mətbuat xidməti həmçinin xəbər verir ki, köməkçi donanmanın inkişaf konsepsiyasına əsasən, 2020-ci ilə qədər Xəzər dəniz donanmasına iki dəniz, bir reyd qoşqusu və həmçinin üzən kran daxil olacaq. Köməkçi donanmada da yenilənmə gedir. Cənub Hərbi Dairəsi iddia edir ki, donanmanı gücləndirməkdə məqsəd Rusiyanın dənizdəki iqtisadi zonalarını qorumaqdır.[3]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Müasir şəraitdə geosiyasi proseslərin hərbi-dəniz komponenti". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-27.
  2. "Xəzər getdikcə daha çox hərbiləşdirilir". 2013-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-27.
  3. "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-27.