Xəzər TV — Vikipediya
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
![]() | Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Xəzər TV | |
---|---|
![]() | |
Ölkə | ![]() |
Yayım ərazisi | Azerspace-1 peyklərinin əhatə dairələri |
Dil | Azərbaycan dili |
Baş qərargah | Süleyman Əhmədov küç. 2, Bakı, Azərbaycan |
Yaranma tarixi | 5 oktyabr 2007 (20:00) |
Sahibi | SOCAR Media |
Rəhbərlik | Murad Dadaşov |
Qardaş kanallar | Xəzər FM Araz FM 103.3 CBCHD CBC SportHD |
Sayt | xezertv.az |
![]() |
Xəzər Televiziyası - 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri.
Tarixçə[redaktə | mənbəni redaktə et]
“Xəzər TV” 5 oktyabr 2007-ci ildə “Ailənizin Xəzəri” sloqanı ilə fəaliyyətə başlayıb. 2009-cu ildə maddi-texniki baza imkanlarının az olmasına baxmayaraq, peşəkar kollektivin, yaradıcı heyətin fəaliyyəti nəticəsində sevilən, rəğbət bəslənən bir telekanal oldu.
Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Özünəməxsus xəbər təqdimatı ilə seçilən və baxılan “Xəzər TV” 15 ildir ki, ən etibarlı mənbə kimi məhz bu sahədə reytinqlərdə birincidir. Yayım həyatına “Xəbərlər” proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m2-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. Həmin studiyalarda gündəlik verilişlərlə efirə çıxaraq reytinq pillələrində sürətlə irəlilədi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı.
İlk studiya verilişi “Xəzərin sahilində” adı ilə efirə çıxıb.
2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək “Aramızda qalsın” və “Qayınana” seriallarını efirə təqdim etdi. 2013-cü ildən etibarən Azərbaycan teleməkanında ilk dəfə gündəlik seriallarla efirə gəldi. Xəbərlərin reytinqində qazandığı birinciliyi yayımladığı teleseriallarda da qorudu. Və ən çox serial izlənilən telekanala çevrildi. 2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü. 1,2 hektar ərazidə, 6750 m2-lik tikinti hissəsində, 25.000 m2 bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m2-lik 5 çəkiliş studiyası, 1000 m2-lik böyük şou studiyası, 250 m2-lik 3, 500 m2-lik 1, 250 m2-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var. 1300 m2-lik Xəbər mərkəzi, 3 dublyaj studiyası, 2 səsyazma studiyası, müasir miksaj və montaj otaqları telekanalın fəaliyyəti üçün geniş imkanlar yaradır. 250 nəfərlik sinxron tərcümə imkanına malik müasir konfrans zalı, kitabxana, 256 iş otağı, 4 böyük seminar, 10 iclas otağı, geniş və rahat yeməkxana “Xəzər” ailəsinin üzvləri üçün rahat və zövqlü iş şəraitinin təşkilinə hesablanmışdır. 2016-cı ildə “AGB” reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi. 2017-ci il sentyabrın 18-də “Xəzər TV” Bakı şəhəri üzrə HD yayım formatına keçib. Bütün kabel kanalları vasitəsilə “Xəzər TV”-ni izləmək mümkündür.
13 yanvar 2020-ci ildə “Xəzər Media” Youtube kanalının abunəçilərinin sayı 1 milyonu keçib.
5 mart 2020-ci il tarixindən Murad Dadaşov “Xəzər TV” MMC-nin baş direktoru təyin olunub.
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.
Verilişlər[redaktə | mənbəni redaktə et]
Mövcud[redaktə | mənbəni redaktə et]
2023-cü ildə nümayiş olunan verilişlərin siyahısı:
1. “Səhər Mərkəzi“
2. “Mətbəxin ağası”
3. “Xəzər Axşamı”
4. “Dilək evi”
5. “Ənənə boğçası”
6. “Özəl Səhnə”
7. “Kadrlar şöbəsi”
8. “Bir gün sizdə, bir gün bizdə”
9. “Evdəkilərə salam”
10. “Cangüdən”
11. “Xoşbəxt Sabahlar”
12. “Gəzək bişirək”
13. “Fəlidən doğru xəbər”
14. “Kino mən”
15. “Komedixana”
16. “Təsir Dairəsi”
17. "TurBaz"
18. "Dəyişən cavab"
19. "Cinayət və cəza"
20. "Sükut oyunu"
21. "Evimizin Qonağı"
Bitmiş[redaktə | mənbəni redaktə et]
1. “Çiçəkli dəqiqələr”
2. “Şans mələyi”
3. “2x2”
4. “Şeş qoşa”
5. “Nəsib olsa”
6. “Hədiyyəmiz+biz”
7. “Söz gəlsin”
8. “Xəzinə”
9. “Oyan, Azərbaycan”
10. “O başdannan”
11. “Əlimin duzu”
12. “Xəzər maqazin”
13. “Nuş olsun”
14. “Qadın gülərsə”
15. “5 ulduzlu comedy”
16. “Evimizə körpə gəlir”
17. “Qaşıq qaşıq möcüzə”
18. “Olduğu kimi”
19. “Həkim işi”
20. “İstirahətsiz yayım”
21. “Sirdaş”
22. “Hər şey daxil”
23. “Çöl adamı”
24. “X – maqazin”
25. “Şən bazar”
26. “5də5”
27. “Könül dünyamız”
28. “Təhsilə dair”
29. “Atəş xətti”
30. “Press post”
31. “Ay Zaur”
32. “Komedixanım”
33. “Gəzməyə vətən yaxşı”
34. “Vətən uğrunda”
35. "Xəzər Səhər"
Seriallar[redaktə | mənbəni redaktə et]
“Ata ocağı” "
Sevir Sevmir ?"
"Kadrlar şöbəsi"
Bitmiş[redaktə | mənbəni redaktə et]
1. “Artstar”
2. “Həyat sən nə qəribəsən”
3. “Bir ailəm var”
4. “Qayınana”
5. “28 iyun”
6. “İki ömür”
7. “Aramızda qalsın”
8. “Cehizsiz gəlinlər”
9. “Kölgə”
10. “Oyun”
11. “Lal yuxu”
12. “Ailəcanlı”
13. “Toydan sonra”
14. “Niyə?”
15. “Subaylıq sultanlıqdır”
16. “Xalxın evi”
17. “İşdə məhəbbət macərası”
18. “Ay yay yay”
19. "Qayıdış"
20. "İmtahan"
Media[redaktə | mənbəni redaktə et]
Xəzər TV-nin inkişaf konsepsiyasında yeni auditoriyalara və daha gənc yaş qruplarına xitab etmə əsas yer tutur.
Online platformalardan geniş istifadə edən Xəzər TV "YouTube", "İnstagram", "Facebook" və "Telegram"da geniş izləyici kütləsinə malikdir.
YouTube-da geniş abunəçi sayına malik olan Xəzər Media, Xəzər Xəbər, Xəzər Film, Xəzər Music kimi kanallarla öz abunəçilərinə çatır.
Azərbaycan Mediasında ilk 1 milyon abunəçi sayı olan kanal da məhz Xəzər TV-nin "Xəzər Media" kanalı oldu.
Müvəqqəti dayandırılması[redaktə | mənbəni redaktə et]
7 may 2020-ci ildə “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 13 may 2020-ci il tarixli 7/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 18 may 2020-ci ildə saat 08:00-dən 09:00-dək 1 saatlıq dayandırılıb. Telekanal saat 09:00-da fəaliyyətini bərpa edib.
5 avqust 2020-ci ildə saat 18:00-19:00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Milli Televiziya və Radio Şurası həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq 14 avqust 2020-ci il tarixli 11/2 nömrəli qərarı ilə Xəzər TV-nin yayımı 24 avqust 2020-ci ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
Xəzər Televiziyasının Rəsmi Saytı : http://www.xezertv.az/
Xəzər Xəbər : http://www.xezerxeber.az/
Rəsmi YouTube kanalları:
- Xəzər Media - https://www.youtube.com/c/Xezermedia
- Xəzər Music - https://www.youtube.com/c/XezerMusic
- Xəzər Xəbər - https://www.youtube.com/c/KhazarNews
- Xəzər Film - https://www.youtube.com/c/XezerFilm
- Dalğa TV - https://www.youtube.com/c/DalgaTV
- Komedixana - https://www.youtube.com/c/Comedyxana1
Rəsmi Facebook səhifələri:
- Xəzər TV - https://www.facebook.com/xezermediacenter
- Xəzər Xəbər - https://www.facebook.com/xezerxeberler
- Dalğa TV - https://www.facebook.com/dalgatvofficial
Rəsmi Instagram səhifələri:
- Xəzər TV - https://www.instagram.com/xezertvofficial/
- Xəzər Xəbər - https://www.instagram.com/xezerxeberofficial/
- Dalğa TV - https://www.instagram.com/dalgatvofficial/
İstinadlar[redaktə | mənbəni redaktə et]
![]() | Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- http://www.xezerxeber.az/Web%20TV/275771.html Arxivləşdirilib 2020-01-17 at the Wayback Machinehttps://qafqazinfo.az/news/detail/xosqedem-xezer-tv-de-video-154237
- http://www.xezerxeber.az/Web%20TV/275771.html Arxivləşdirilib 2020-01-17 at the Wayback Machine