Xəyalə Quliyeva — Vikipediya

Xəyalə Quliyeva
Doğum tarixi 26 aprel 1980(1980-04-26) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı Yusif Musayev[1]
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 2003-cü ildən
Təhsili

Xəyalə Quliyeva (26 aprel 1980, Bakı) — azərbaycanlı aktrisa, teleaparıcı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəyalə Quliyeva 26 aprel 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbdə təhsil alıb. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak etmişdir. Onun bu istedadını müəllimləri də çox sevindirmişdir. Məktəb illəri Azərbaycanın tarixində çətin dönəmlərə düşməsinə baxmayaraq, aktrisa təhsilindən geri qalmamış, bütün çətinliklərə baxmayaraq məktəbi yaxşı qiymətlərlə bitirmişdir.

Eyni zamanda qarmon ifaçılığı üzrə musiqi məktəbini də yaxşı qiymətlərlə bitirmiş, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur.

Tələbəlik illərində də öz istedadı ilə fərqlənən Xəyalə tez-tez müxtəlif tədbirlərə aparıcı və aktrisa kimi dəvət olunur. 2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm Haa" proyekti ilə efirə çıxmışdır. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çox saylı izləyici kütləsi yığmışdır.

2018-ci ildə qatıldığı Maşın şou 17-ci sürət Hind Kinosu proyektində tamaşaçıların dəstəyi ilə şounun qalibi olmuşdur.[2]

2023-cü ildə "Komedixana" layihəsinin Heydər Əliyev Sarayında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hazırladığı "Qartopu" adlı 3 günlük solo konsertdə əsas rolları canlandırıb.[3][4]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

2004-cü ildə Yusif Musayevlə ailə həyatı qurmuşdur.[5] 2007-ci ildə oğlu Məhəmməd[6][7], 2012-ci ildə isə qızı Arzu dünyaya gəlmişdir.[8] [9]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Konsert[redaktə | mənbəni redaktə et]

  • Heydər Əliyev sarayında 4 günlük "Komedixana" konserti (2022)
  • Heydər Əliyev sarayında 3 günlük "Qartopu" konserti (2023)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "- Efir xanımının həyat yoldaşı olmaq asan deyil — Xəyalə Quliyeva". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  2. "- "Maşın" şouda udduğu avtomobillə qəza keçirib". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  3. Gunel. ""Komedixana" layihəsinin" Qar topu" solo konserti baş tutdu". LiVe.Az (az.). 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.
  4. ""Komedixana" layihəsinin "Qar topu" solo konserti baş tutdu - Rockvell" (az.). 2023-12-22. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.
  5. "– "16 il sonra mənə yenidən aşiq olub"". 2022-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  6. "- Xəyalə oğlu ilə — FOTO". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  7. "– İlk dəfə oğlunun fotosunu paylaşdı". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-07.
  8. "- Xəyalə ilk dəfə əri ilə şəklini paylaşdı — FOTO". 2018-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  9. "-"Heç kim üçün nömrə iki olmayın"". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-24.
  10. "- Onlar da "Xəzər"in efirində görünəcək". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  11. - Xəyalə "Qız atası"na qızı ilə çəkilir - FOTO
  12. "- "Çəkiliş zamanı Mətanət bizi həqiqətən döyür"". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  13. "- Xəyalə təhlükəyə düşdü: "Kaskadyorlar Fərdanı əvəz etdi, məni yox"". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  14. "- "Taksi Liza" filminin təqdimatı keçirilib". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
  15. "- Onlar da yenidən aparıcılıq edəcək - Fotolar". 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-01.
  16. - Xəyalə aparıcılıq edəcək - FOTO

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]