Xətti proqramlaşdırma — Vikipediya

İki dəyişənli altı bərabərsizlikli sadə xətti proqramın qrafik təsviri. Mümkün həllər çoxluğu narıncı rənglə göstərilib və çoxbucaqlı əmələ gətirir. Xətti xərc funksiyası qırmızı xətt və oxla göstərilib: qırmızı xətt xərc funksiyasının səviyyə çoxluğudur, ox isə optimallaşdırmanın aparıldığı istiqaməti göstərir.

Xətti proqramlaşdırma (en. linear programming) – xətti funksiyadan təşkil olunmuş və birbaşa, birqiymətli həll üçün yetərli şərtləri olmayan tənliklər sisteminin optimal həllini tapan proqramların yaradılması texnologiyası. Xətti proqramlaşdırma metodlarının köməyilə iqtisadiyyatla bağlı çoxlu sayda ekstremal məsələ həll edilir. Bu məsələlərdə funksiyaların ekstremum qiymətləri (maksimum, yaxud minimumları) axtarılır. Xətti proqramlaşdırma metodları iqtisadiyyatla yanaşı, texnikada və hərbi sahədə də geniş tətbiq olunur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xətti tənliklər sistemi