Xırdagülçiçi xalçaları — Vikipediya

Xalça
Xırdagülçiçi xalçaları
Xalça haqqında məlumatlar
Məktəbi Quba xalçaçılıq məktəbi
Ölkə Azərbaycan Azərbaycan
Toxunması haqqında məlumatlar
Üslubu Quba xalçaçılıq məktəbi[1]

Xırdagülçiçi xalçalarıQuba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.

Ümumumi məlumat[redaktə | mənbəni redaktə et]

Xalçaçılıq sənəti sahəsində Quba rayonunun ərazisində yerləşən Çiçi kəndinin xalça sənətkarları hələ orta əsrlər dövründən özünə layiqli yer tuta bilib. Çiçi kəndində əsasən dörd çeşiddə xalça toxunmuşdur. Bunlardan biri "Xırdagülçiçi" xalçasıdır ki, bunları Quba rayonunun Dərə Çiçi kəndində toxuyublar. Bu adı sənətkarlar özləri xalçaya vermişdilər. "Xırdagülçiçi" xalçaların ümumi kompozisiyasını onun səthində üfüqi və şaquli istiqamətdə biri-birini tamamlayan xırda güllərin olması təşkil edir. "Xırdagilçiçi" xalçaları özündə ən çoxu orta əsrlər rəsm elementlərini qoruyub saxlamışdır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Development of Carpet Art in Azerbaijan - Azerbaijan.az.
  2. "ŞİRVANDA XALÇAÇILIQ". sirvan-samaxi-xalcalari. 2023-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Şirvan-samaxi-xalcalari