Vulstorp malikanəsi — Vikipediya

Vulstorp malikanəsi
Woolsthorpe Manor
Xəritə
52°48′33″ şm. e. 0°37′50″ q. u.
Ölkə
Yerləşir Vulstrop-bay-Kolstervort, Linkolnşir
Aidiyyatı Milli Fond
Tikilmə tarixi XVII əsr
Üslubu malikanə
Rəsmi sayt nationaltrust.org.uk/woo…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vulstorp malikanəsi (ing. Woolsthorpe Manor) – İngiltərənin Linkolnşir qraflığında Qrantem şəhərinin yaxınlığında yerləşən Vulstrop-bay-Kolstervort qəsəbəsində malikanə. İsaak Nyutonun doğum yeri və ailə evi olub. O, burada 25 dekabr 1642-ci ildə anadan olub. Həmin dövrdə malikanə yemonun ferması idi, burada əsasən qoyun yetişdirmə ilə məşğul olurdular.

Haqqında[redaktə | mənbəni redaktə et]

1666-cı ildə Kembric Universiteti vəbaya görə bağlananda Nyuton malikanəyə qayıtmışdır. O, burada bir çox məşhur təcrübəsini (əsasən işıq və optika) aparmışdır. Deyilənə görə Nyuton məhz burada ağacdan almanın düşməsini müşahidə etmiş və bu, ona ümumdünya cazibə qanunu verməyə ilhamlandırıb.

Hazırda Milli Fondun nəzarəti altında olan malikanə ilin bütün vaxtı ictimaiyyətə açıqdır və tipik XVII əsr yemon ferması kimi təqdim olunur, lakin Nyutonun vaxtından bu yana müasir yaşayış, sağlamlıq və təhlükəsizlik tələblərinə uyğun bəzi dəyişikliklər edilmişdir.

Bir zamanlar özəl mülk olan evin yeni əraziləri 2003-cü ildə ictimaiyyətə açılmışdır. Arxa hissələr (taxıl anbarına tərəf aparırdı) yenidən tikilib, qədim divarlarla əhatə olunmuş mətbəx bağçası (evin arxası) yenidən bərpa olunub.

Köhnə ferma binalarından biri fizika cihazları təchiz olunub və ziyarətçilər Nyuton tərəfindən öyrənilən fiziki prinsipləri təcrübə edə bilərlər.

Malikanə I dərəcəli tikili kimi qorunur.[2]

Vulstorp-bay Kolstervort (Linkolnşirdə yerləşən Vulstorp-bay-Belvoyr ilə qarışdırılmamalı) XVII əsrdə bir neçə evdən ibarət olan kəndcikdən bir neçə yüz evdən ibarət balaca qəsəbəyə çevrilib. Vulstorp malikanəsinin malik olduğu orijinal torpaqların çox hissəsi yaxınlıqdakı bir ailəyə satılıb. Malikanə qəsəbənin kənarında yerləşir və əsasən boş otlaqlarla əhatə olunub.

Populyar mədəniyyətdə[redaktə | mənbəni redaktə et]

  • "Kosmos: Kosmik Odissey" televiziya verilişinin 3-cü və 10-cu buraxılışlarından planetlərin hərəkətindən və Nyutonun bu məsələyə münasibətindən danışılarkən Vultstorp malikanəsi göstərilir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Benchmark.
  2. Historic England. "WOOLSTHORPE MANOR HOUSE (1062362)". Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine İngiltərənin Milli İrs Siyahısı. İstifadə tarixi: 29 oktyabr 2016

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]