Vredefort krateri — Vikipediya

Vredefort krateri
Kraterin diametri 300 km
Kəşfi 1937
Kraterin sahəsi
  • 30.000 ha
Ölkə
Region Fri Steyt vilayəti, Şimal-Qərb vilayəti[1]
Vredefort krateri xəritədə
Vredefort krateri
Vredefort krateri
Rəsmi adıVredefort Dome
TipiTəbii
Kriteriya(viii)
Tarixi2005 (29-cu sessiya)
İstinad nöm.1162
ÖlkəCAR
RegionAfrika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Vredefort krateri — Yer üzərindəki ən böyük zərbə krateridir. 300 kilometr (186 mil) enindədir[2] və indiki Cənubi Afrikanın Fri-Steyt əyalətindədir. Mərkəzinə yaxın olan Vredefort

şəhərinin adını daşıyır. Kraterin özünün çoxdan silinməsinə baxmayaraq, mərkəzində qalan geoloji strukturlar Vredefort Qübbəsi və ya Vredefort formalaşması olaraq bilinir. Kraterin yaranması Paleoproterozoy erasında olduğu üçün 2,023 milyard il (± 4 milyon il) yaşı olduğu təxmin edilir. Dünyadakı üçüncü ən məşhur kraterdir.

2005-ci ildə Vredefort qübbəsi geoloji məşhurluğuna görə UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına əlavə edildi.

Forma və quruluşu[redaktə | mənbəni redaktə et]

Vredefort kraterini yaradan asteroidin Yerlə toquşanlar arasında ən böyüyü olduğu (ən azı dörd milyard il əvvəl, Katarxey eonundan bəri) və təxminən 10–15 km (6.2–9.3 mil) diametrə sahib olduğu düşünülür.[3]

Kraterin orijinal diametrinin təxminən 300 km (190 mil)[2] olduğu təxmin edilir, lakin o, aşınmışdır. Hal-hazırda qalan formalaşma olan "Vredefort Qübbəsi", diametri 70 km (43 mil) olan halqa formalı enişdən ibarətdir və toqquşmadan sonra zərbə sahəsinin altında yaranan günbəz qalıqlarıdır.

Kraterin yaşının 2.023 milyard il (± 4 milyon il)[2] olduğu və Paleoproterozoy erasına aid olduğu düşünülür. Bu, Rusiyadakı Suavyarvi kraterindən 300 milyon yaş kiçikdir və bu da onu yer üzündəki ikinci ən qədim krater edir.

Kraterin mərkəzindəki qübbənin əvvəlcə vulkanik partlayış nəticəsində meydana gəldiyi düşünülürdü, lakin 1990-cı illərin ortalarında sübutlar bunun böyük bir asteroid zərbəsi olduğuna dəlalət etdi, belə ki, yaxınlığındakı Vaal çayının yatağında zərbə mənşəli konuslar aşkar olundu.

Vredefort Günəş sisteminin başqa cisimlərində daha çox rast gəlinməsinə baxmayaraq, yer üzündəki azsaylı çoxhalqalı zərbə kraterlərindən biridir. Bu tip üçün bəlkə də ən məşhur nümunə, Yupiterin peyki Kallisto üzərindəki Valhalla krateridir. Eroziya və tektonik aktivlik kimi geoloji proseslər Yerdəki halqalı kraterlərin böyük hissəsini məhv etmişdir.

Qoruma[redaktə | mənbəni redaktə et]

Ümümdünya irsi obyekti olan Vredefort Qübbəsi hazırda mülki müdaxilələrə məruz qalır və yerli sakinlər çirkab sularının Vaal çayı və krater sahəsinə axıdılması ilə bağlı narahatlıqlarını bildiriblər.[4] Kraterin kənarlarında kəşfiyyat hüquqlarının verilməsi ekoloji maraqların destruktiv mədən işlərinə gətirməsinə səbəb omuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 GEOnet Names Server. 2018.
  2. 1 2 3 "Deep Impact – The Vredefort Dome". Hartebeesthoek Radio Astronomy Observatory. 2006-08-01. 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-09-19.
  3. McCarthy, T., Rubridge, B. (2005). "The Story of Earth and Life". p. 89–90, 102–107, 134–136. Struik Publishers, Cape Town
  4. Momberg, Eleanor. "River heading for the rocks". 23 August 2009. 26 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2011.