Volodimir Zelenski
Volodimir Zelenski | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ukr. Володимир Зеленський | ||||||||||
![]() | ||||||||||
| ||||||||||
Baş nazir | Vladimir Qroysman (2019) Aleksey Qonçaruk (2019-2020) Denis Şmiqal (2020-ci ildən) | |||||||||
Sələfi | Petro Poroşenko | |||||||||
Şəxsi məlumatlar | ||||||||||
Doğum adı | Володимир Олександрович Зеленський | |||||||||
Doğum tarixi | ||||||||||
Doğum yeri | Krivoy Roq, Ukrayna SSR, SSRİ | |||||||||
Partiya | Xalqın Xidmətçisi | |||||||||
Təhsili | Kiyev Beynəlxalq İqtisadiyyat Universiteti | |||||||||
Atası | Oleksandr Zelenski[d] | |||||||||
Anası | Rimma Zelenskaya[d] | |||||||||
Həyat yoldaşı | Yelena Zelenskaya | |||||||||
Uşaqları | Aleksandra (15 iyul 2004) | |||||||||
Hərbi xidmət | ||||||||||
Qoşun növü | Ukrayna Silahlı Qüvvələri | |||||||||
Rütbəsi | əsgər[2] | |||||||||
Döyüşlər | ||||||||||
Elmi fəaliyyəti | ||||||||||
Elm sahəsi | aktyorluq, parodiya[d], Şou-biznes, siyasət, kino istehsalı[d], Vokal, şoumen[d], kinorejissor, sahibkar | |||||||||
| ||||||||||
![]() | ||||||||||
president.gov.ua | ||||||||||
![]() |
Volodimir Oleksandroviç Zelenski (ukr. Володимир Олександрович Зеленський, rus. Владимир Александрович Зеленский; 25 yanvar 1978[3][4], Krivoy Roq, Dnepropetrovsk vilayəti[5][6][7]) — ukraynalı siyasətçi, şoumen, aktyor, rejissor, ssenarist, prodüser və bədii direktor. 20 may 2019-cu ildən Ukrayna Respublikasının prezidentidir. Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti olaraq yer almışdır.[8][9] Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.[10]
Həyatı[redaktə | mənbəni redaktə et]
25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski (d.23 dekabr 1947-ci il) texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.[11][12]
O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir.[13] Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.[13]
İncəsənət[redaktə | mənbəni redaktə et]

Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.[14] Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.[15]
Siyasət[redaktə | mənbəni redaktə et]
Zelenski 2013-2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir.[16] 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı.[17] 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.[18]
Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.[19]
Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.[20]
Prezident seçkiləri[redaktə | mənbəni redaktə et]

31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söyləyib.[14] Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.[14]
Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]
Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu.[13] Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.[13]
Filmoqrafiya[redaktə | mənbəni redaktə et]
Film[redaktə | mənbəni redaktə et]
İl | Ad |
---|---|
2009 | Böyük şəhərdə sevgi |
2011 | Ofis Romantikası. Vaxtımız |
2012 | Böyük şəhərdə sevgi 2 |
2012 | Rjevski Napoleona qarşı |
2012 | 8 ilk tarix |
2014 | Veqasda sevgi |
2015 | 8 yeni tarix |
Televiziya[redaktə | mənbəni redaktə et]
İl | Ad | Qeydlər |
---|---|---|
2008-2012 | Svaty | Prodüser |
2015 | Xalqın xidmətçisi | |
2016 | Tantsi z zirkamy |
TV layihələri[redaktə | mənbəni redaktə et]
- "Axşam rübündə"
- "Mübarizə klubu"
- "Cənab Cook"
- "Ukraynada İlin mahnısı"
- "Ofis romantikası"
- "Fort Boyard"
- "Ulduzlarla rəqs etmək"
- "XƏBƏRLƏR"
- "A-faktor"
- "Gülüş liqası"
Şəkillər[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ https://web.archive.org/web/20190603030551/https://www.bbc.co.uk/news/world-europe-48330955
- ↑ https://web.archive.org/web/20190604192513/https://mil.in.ua/v-ukrayini-zminyvsya-verhovnyj-golovnokomanduvach-zbrojnymy-sylamy/.
- ↑ Wolodymyr Selenskyj // Munzinger Personen (alm.).
- ↑ Zelens‘kyj, Volodymyr Oleksandrovyč // Czech National Authority Database.
- ↑ ČSFD (çeş.). 2001.
- ↑ Volodymyr Zelensky // Encyclopædia Britannica (ing.).
- ↑ Böyük Rusiya Ensiklopediyası (rus.). Большая российская энциклопедия, 2004. ISBN 978-5-85270-320-0
- ↑ https://foreignpolicy.com/2016/12/13/how-a-fictional-president-is-helping-ukrainians-rethink-their-absurd-politics/
- ↑ https://www.cinemaescapist.com/2017/06/ukraines-servant-people-hidden-gem-political-comedy/
- ↑ https://www.unian.ua/m/politics/2276034-yurist-zelenskogo-zareestruvav-novu-politichnu-partiyu-sluga-narodu.html
- ↑ https://tsn.ua/video/video-novini/volodimir-zelenskiy-rozkazav-pro-stosunki-z-batkami.html
- ↑ "Arxivlənmiş surət". 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
- ↑ 1 2 3 4 https://file.liga.net/persons/vladimir-zelenskii
- ↑ 1 2 3 https://www.unian.ua/m/politics/10396374-zelenskiy-zayaviv-pro-rishennya-yti-u-prezidenti-video.html
- ↑ https://foreignpolicy.com/2016/12/13/how-a-fictional-president-is-helping-ukrainians-rethink-their-absurd-politics/
- ↑ https://www.unian.ua/m/politics/10396374-zelenskiy-zayaviv-pro-rishennya-yti-u-prezidenti-video.html
- ↑ https://www.bbc.com/news/world-europe-33863697
- ↑ https://www.pravda.com.ua/news/2019/01/17/7204105/
- ↑ https://ua.interfax.com.ua/news/election2019/555634.html
- ↑ https://www.pravda.com.ua/news/2019/03/22/7209956/