Volodimir Zelenski — Vikipediya

Volodimir Zelenski
ukr. Володимир Зеленський
Vəzifədədir
20 may 2019[1]
Baş nazirVladimir Qroysman (2019)
Aleksey Qonçaruk (2019–2020)
Denis Şmıqal (2020-ci ildən)
ƏvvəlkiPetro Poroşenko
Şəxsi məlumatlar
Doğum tarixi 25 yanvar 1978(1978-01-25)[2] (46 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Oleksandr Zelenski[d]
Anası Rimma Zelenskaya[d]
Həyat yoldaşı
Uşaqları 2
Hərbi xidmət
Mənsubiyyəti Ukrayna
Qoşun növü Ukrayna Silahlı Qüvvələri
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi aktyorluq[7], parodiya[d], Şou-biznes, siyasət[7], hüquqşünas, ssenarist, televiziya aparıcısı, film prodüseri, televiziya prodüseri[d], müğənni, yumor ustası[d], şoumen[d], siyasətçi, kinorejissor

Təltifləri "Ağ şir" ordeninin böyük xaçı "Fəxri legion" ordeninin Böyük xaçı Order of Viesturs "Ağ şir" ordeni "Ağ qartal" ordeni Grand Cross with collar of the Order of Vytautas the Great "Böyük Vitautas" ordeni "Azadlıq" ordeni
Honorary Diploma of the Cabinet of Ministers of Ukraine
Ronald Reagan Freedom Award Coat of Arms of Tallinn Philadelphia Liberty Medal
Charlemagne Prize
İmzanın şəkli
president.gov.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volodimir Oleksandroviç Zelenski[8] (və ya Vladimir;[9] ukr. Володимир Олександрович Зеленський; 25 yanvar 1978[2], Krivoy Roq, SSRİ[5][6][…]) — Ukrayna siyasətçisi, şoumeni, aktyoru, rejissoru, ssenaristi, prodüseri və bədii direktoru. 20 may 2019-cu ildən Ukrayna Respublikasının Prezidentidir. Zelenski 2015-ci ildə Xalqın xidmətçisi adlı televiziya serialında Ukrayna Respublikası Prezidenti olaraq yer almışdır.[10][11] Eyni adlı partiya həmin serialın istehsalçı şirkəti olan Kvartal 95 tərəfindən 2018-ci ildə quruldu.[12]

Həyatı[redaktə | mənbəni redaktə et]

25 yanvar 1978-ci ildə Krivoy Roq şəhərində anadan olmuşdur. Atası Oleksandr Semenoviç Zelenski texniki elmlər doktoru, professor, kompüter elmləri şöbəsinin müdiridir.[13][14]

O, anası ilə 4 il Monqolustanın, Erdenet şəhərində yaşamış və orada birinci sinfi bitirmişdir.[15] Daha sonra ingilis dilini dərin öyrənmək üçün Krivoy Roq şəhərinə qayıdaraq buradakı 95 nömrəli məktəbdə təhsil almışdır.[15]

İncəsənət[redaktə | mənbəni redaktə et]

Zelenski Praqada, 2009

Zelenski 2015-ci ildə "Xalqın xidmətçisi" adlı televiziya serialında Ukrayna prezidenti rolunu canlandırmışdır.[16] Həmin rol təxmini 30 yaşda olan və paylaşdığı populyar video ilə tanınaraq prezident seçkilərində qələbə qazanan tarix müəllimi idi.[10]

Siyasət[redaktə | mənbəni redaktə et]

Zelenski 2013–2014-cü illərdə Avromeydan aksiyasını və Donbass müharibəsi vaxtı Ukrayna ordusunu dəstəkləmişdir.[16] 2014-cü ilin avqust ayında Ukrayna Mədəniyyət Nazirliyinin rus incəsənət adamlarının ölkəyə girişinə qadağa qoymasına qarşı çıxdı.[17] 2018-ci ildə başrolda yer aldığı romantik-komediya janrında olan "Böyük şəhərdə sevgi 2" filmi ölkədə qadağa olundu.[18]

Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.[19]

Zelenski 2019-cu ilin martında Der Spiegel jurnalına verdiyi müsahibədə "siyasətçilərə olan inamı yenidən bərpa etmək üçün siyasətə girdiyini", "profesional və düzgün insanları vəzifəyə gətirmək" və "siyasəti mümkün olan qədər dəyişmək" istədiyini dedi.[20]

Prezident seçkiləri[redaktə | mənbəni redaktə et]

Zelenski və prezident İlham Əliyev

31 dekabr 2018-ci ildə yeni ildən bir neçə dəqiqə sonra Volodimir Zelenski "1+1" telekanalında ukraynalılara müraciət edərək Ukraynadakı 2019-cu il prezident seçkilərində iştirak edəcəyini söyləyib.[16] Namizədliyini açıqlamamışdan altı ay əvvəl də Zelenskinin adı anketlərdə birinci yerdə idi.[16]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Zelenski keçmiş məktəb dostu olan Olena Zelenskaya ilə 2003-cü ilin sentyabrında ailə həyatı qurdu.[15] Cütlüyün 2004-cü ilin 15 iyulunda Aleksandra adlı qızı, 2013-cü ilin 21 yanvar tarixində isə Krill adlı oğlu dünyaya gəlmişdir.[15]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Film[redaktə | mənbəni redaktə et]

İl Ad
2009 Böyük şəhərdə sevgi
2011 Ofis Romantikası. Vaxtımız
2012 Böyük şəhərdə sevgi 2
2012 Rjevski Napoleona qarşı
2012 8 ilk tarix
2014 Veqasda sevgi
2015 8 yeni tarix

Televiziya[redaktə | mənbəni redaktə et]

İl Ad Qeydlər
2008–2012 Svaty Prodüser
2015 Xalqın xidmətçisi
2016 Tantsi z zirkamy

TV layihələri[redaktə | mənbəni redaktə et]

Zelenski I, You, He, She filminin qala gecəsində
  • "Axşam rübündə"
  • "Mübarizə klubu"
  • "Cənab Cook"
  • "Ukraynada İlin mahnısı"
  • "Ofis romantikası"
  • "Fort Boyard"
  • "Ulduzlarla rəqs etmək"
  • "XƏBƏRLƏR"
  • "A-faktor"
  • "Gülüş liqası"

Şəkillər[redaktə | mənbəni redaktə et]

[[Fayl:Lukashenko and Zelenskyi (Oct 2019).jpg 180px]]


İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Volodymyr Zelensky: Comedian-president calls snap election - BBC News". web.archive.org. 3 iyn 2019. Archived from the original on 2019-06-03. İstifadə tarixi: 2022-02-27.
  2. 1 2 Wolodymyr Selenskyj // Munzinger Personen (alm.).
  3. 1 2 https://www.britannica.com/biography/Volodymyr-Zelensky.
  4. 1 2 https://24tv.ua/volodimir_zelenskiy_yde_v_prezidenti_ukrayini_2019_reyting_biografiya_skandali_n1051052.
  5. 1 2 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  6. 1 2 Ray M. Volodymyr Zelensky // Encyclopædia Britannica (ing.).
  7. 1 2 Zelens‘kyj, Volodymyr Oleksandrovyč // Çex Milli Hakimiyyət Məlumat bazası.
  8. "Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  9. "İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.
  10. 1 2 "Arxivlənmiş surət". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  11. "Arxivlənmiş surət". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  12. "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  13. "Arxivlənmiş surət". 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  14. "Arxivlənmiş surət". 2019-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  15. 1 2 3 4 "Arxivlənmiş surət". 2019-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  16. 1 2 3 4 "Arxivlənmiş surət". 2020-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  17. "Arxivlənmiş surət". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  18. "Arxivlənmiş surət". 2019-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  19. "Arxivlənmiş surət". 2019-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
  20. "Arxivlənmiş surət". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]