Vladimir Pletnyov — Vikipediya

Vladimir Pletnyov
Doğum tarixi 8 dekabr 1946(1946-12-08)
Doğum yeri
Vəfat tarixi 21 fevral 1988(1988-02-21) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti xoreoqraf, baletmeyster, pedaqoq
Fəaliyyət illəri 1965-ci ildən
Təhsili
Teatr
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1978 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1970 Azərbaycan SSR Dövlət mükafatı — 1974

Vladimir (Volodya) Nikolayeviç Pletnyov (8 dekabr 1946, Göyçay21 fevral 1988, Bakı) — Azərbaycan-sovet balet artisti, xareoqraf, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vladimir Pletnyov 8 dekabr 1946-cı ildə Göyçay şəhərində qulluqçu ailəsində anadan olub. Ailəsini erkən itirən Pletnyov Bakıya gələrək baba və nənəsinin himayəsində yaşayıb. 1953–1961-ci illərdə Həzi Aslanov adına Zabitlər evində rəqs dərnəyinə gedib və burada kiçik balet partiyaları ifa edib. Dərnək müəllimlərinin tövsiyəsi ilə 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbi daxil olub və buranı 1966-cı ildə bitirib. Xoreoqrafiya məktəbinin üçüncü sinfində oxuyanda Pyotr Çaykovskinin "Yatmış gözəl" baletindəki Karabos rolu ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında debüt edib və qazandığı uğura görə son kursdan balet truppasına solist qəbul edilib.[1]

Vladimir Pletnyov 1973-cü ildən Bakı Xareoqrafiya Məktəbində duet rəqs dərsləri vermişdir.[2] 1978-ci ildə ağır ayaq xəstəliyi ilə bağlı Opera və Balet Teatrına məşqçi-pedaqoq təyin olunmuş, bir sıra gəncləri hazırlayaraq repertuardakı tamaşalara daxil etmişdir.[1] V. Pletnyov 21 fevral 1988-ci ildə Bakıda vəfat etmişdir.[3][4]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

V. Pletnyov Böyük Teatrın truppası ilə İsveçrədə, həyat yoldaşı balerina Çimnaz Babayeva ilə 1972-ci ildə SeneqaldaNepalda qastrol səfərlərində olmuşdur. 1975-ci ildə "Əfsanələr aləmində" film-baletində çəkilmişdir. 1979-cu ildə Voronej Opera və Balet Teatrında tamaşaya qoyulmuş "1001 gecə" (Fikrət Əmirov) əsərində balet məşqçisi işləmişdir. Milli Azərbaycan baletinin ifaçısı Qəmər Almaszadə haqqında monoqrafiyanın müəllifir.[3]

Solist işlədiyi on üç il ərzində ifa etdiyi əsas partiyalar bunlardır:[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 İlham Rəhimli. Azərbaycan teatr tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. səh. 313–314.
  2. Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 403–404.
  3. 3,0 3,1 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. səh. 369–370. ISBN 5-86874-179-X.
  4. В. Н. Плетнјов // Коммунист. № 45 (20513). 23 феврал 1988-ҹи ил. С. 3.