Vladimir Adoratski — Vikipediya

Vladimir Adoratski
Şəxsi məlumatlar
Doğum tarixi 7 (19) avqust 1878[1]
Doğum yeri
Vəfat tarixi 5 iyun 1945(1945-06-05)[2][1] (66 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Donskoye qəbiristanlığı[d]
Partiya
Təhsili
Fəaliyyəti filosof, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Vladimir Viktoroviç Adoratski (rus. Владимир Викторович Адоратский; 7 (19) avqust 1878[1], Kazan5 iyun 1945[2][1], Moskva, RSFSR, SSRİ) — SSRİ Kommunist Partiyası xadimi, tarixçi, filosof, akademik.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vladimir Viktoroviç Adoratski 19 avqust 1878-ci ildə Rusiya imperiyasının Kazan şəhərində anadan olmuşdur. 1900-cü ildən inqilabi hərəkata qoşulmuş, RSDFP Kazan Komitəsinin katibi olmuşdur. 1900-cü ildə həbs edilib Həştərxan quberniyasına, 1906-cı ildə xaricə sürgün edilmişdir. 1904-cü ildən Sov.İKP üzvudür. Xaricdə dəfələrlə Vladimir Leninlə görüşmüş və onun tapşırıqlarını yerinə yetirmişdir. Oktyabr inqilabından sonra müxtəlif vəzifələrdə işləmiş, Marks–Engels–Lenin İnstitutunun direktoru (1931–1939), eyni zamanda SSRİ EA Fəlsəfə İnstitutunun direktoru, 1939-cu ildən Marks–Engels–Lenin İnstitutunun baş redaktoru olmuşdur. 1932-ci ildən SSRİ EA akademiki olmuşdur. Adoratski Sov.İKP-nin XVI–XVIII qurultaylarına nümayəndə seçilmişdir. Elmi fəaliyyəti marksizm tarixi məsələlərinə həsr edilmişdir. Onun redaktorluğu ilə Karl MarksFridrix Engelsin əsərlərinin rus dilində 15 cildliyi və alman dilində 8 cildliyi çıxmışdır. Marks və Engelsin seçilmiş məktublarını nəşrə hazırlamışdır (I nəşr, l922). Vladimir Lenin əsərlərinin və Lenin məcmuələrinin (11–32) redaktorlarından idi. Lenin Adoratskini nəzəriyyəçi və təbliğatçı, marksizmin bilicisi kimi yüksək qiymətləndirmişdir. O, 5 iyun 1945-ci ildə Moskva şəhərində vəfat etmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Адоратский Владимир Викторович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Адоратски Владимир Викторович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 123.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

\