Vilhelm Steynits — Vikipediya

Vilhelm Steynits
alm. Wilhelm Steinitz
Ölkə Bohemiya krallığı,Avstriya imperiyasının hissəsi
Doğum adı Wilhelm Steinitz
Doğum tarixi
Doğum yeri Praqa
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Nyu-York, ABŞ
Təhsili
  • Vyana Texniki Universiteti[d]
Yaşadığı yer
Dünya çempionluğu 1886-94
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilhelm Steynits - Şahmat üzrə ilk dünya çempionu.

Vyana Politexnik universitetində oxumuşdur. 1883-cü ildən ABŞ-də yaşamışdır. 1886-cı ildə Yohannes Zukertorta qalib gələrək dünya çempionu olmuşdur. Şahmat oyununun bir sıra mövqelərini nəzəri cəhətdən əsaslandırmışdır. Adolf Andersen, Mixayil Çqorin, Emanuyel Şiffers, üzərində VyanaNyu-Yorkda keçirilən beynəlxalq yarışlarda mühüm qələbələr qazanmışdır. Steynits 1894-cü ildə dünya çempionu adı uğrunda yarışda Emanuil Laskerə uduzmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vilhelm Steynits 1836-cı il mayın 14-də Praqada anadan olmuşdur. 12 yaşında ikən şahmat oynamağı öyrənmişdir. 1858-ci ildə Politexnik institutunda oxumaq üçün Vyanaya köşən gənc Vilhelm buradakı şahmat klubunda əla təcrübə məktəbi keçir. 4 il sonra o, London turnirində çıxış edərək, 6-cı yeri tutur. Turnirdən sonra Steynits peşəkar şahmatçı olmaq qərarına gəlir. Beləliklə onun 40 il davam edən şahmat karyerası başlanır. Bu müddət ərzində o bir çox turnirlərdə çıxış edərək qələbələr qazanır. 1870-ci ildə Baden-Baden turnirində 2-ci, 1882-ci il London turnirində 2-ci yeri tutur.

Dünya çempionu olduqdan sonra Steytints dəfələrlə çempion titulunu qorumaq üçün yarışlarda iştirak etmişdir. 1894-cü ildə isə o, şahmat tacı uğrunda mübarizədə Laskerə məğlub olmuşdur.

Vilhelm Steynitsin şahmatın inkşafına böyük xidmətləri olmuşdur. Mövqeli oyun məktəbinin yaranması onun ən böyük xidmətlərindən biridir. Steynitsin fikrincə şahmatçı plan üzrə oynamalıdır. Plana əsasən şahmatçı mövqe üstünlüyünə malik olandan sonra kombinasiya quraraq, hücuma keçməlidir.

Oyun gücü və üslübü[redaktə | mənbəni redaktə et]

Statistika reytinq sistemi Vilhelme leyhinə olmadi. "Ağıl döyüşçüləri" ("Warriors of the Mind") ona 47-ci yeri verir, bu bir neçə tanınmamış Sovet qrosmeysterlerinin tutduğu yerdən aşağı idi. Şahmatölçən (Chessmetrics) Vilhelmi sıralamada 15-ci yerdə yerləşdirir. Şahmatölçən nadir hallarda oynuyan oyuncuları cərimələyirdi. Vilhelmin ən yaxşı illərində rəqabətli şahmat üçün imkanlar nadir idi və Vilhelmin uzun bir neçə il rəqabətçi şahmatda olmadı (1873–76, 1876–82, 1883–86, 1886–89). Lakin, 2005-ci ildə Şahmatölçənin müəllifi Jeff Sonas Dünyanın bir nomrəli şahmatçılarının gücünü müqayisənin müxtəlif yollarla araşdırma etmək üçün məqalə yazdı, Şahmatölçənin məlumatlarından istifadə etdi. Vilhelm 1870-ci illərdə çağdaşlarından daha öndə idi nəinki, Bobbi Fişer dövrünün zirvəsində olanda (1970-72). Vilhelm dünyanın en yaxşı oyuncusu olaraq ilin üçüncü ən yüksək ümümi sayı vardı. Onnan öndə Emanuel Laskerlə Harri Kasparov idi və Vilhelm il üç yeri tutmuş oyuncularla müqayisədə 7-ci yerdə yerləşdirildi. Adolf Andersen üzərində qələbəsi (1866) ilə Laskere məğlübiyyəti (1894) arasında bütün "normal" oyunlar uddu amma bəzən haşiyələr də olurdu. Onun 28 illik periodda ən pis turnir performansı 1867- ci ildə Parisdə 3-cü yeri tutması oldu. (O Mixayil Çqorinin hər iki oyunda aciılış seçməyə icazə verildiyi, ona qarşı daha iki əngəl oyunda teleqraf ilə uduzmuşdu).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]