Vilayət Eyvazov — Vikipediya

Vilayət Eyvazov
Vəzifədədir
20 iyun 2019-cu ildən
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiRamil Usubov
Vəzifədədir
15 dekabr 2021-ci ildən
ƏvvəlkiVaqif Axundov
bayraq
Azərbaycanın Hərbi Komendantı
bayraq2
27 sentyabr 2020 – 12 dekabr 2020
bayraq
Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini
bayraq2
11 mart 2016 – 20 iyun 2019
NazirRamil Usubov
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıSeyfulla Əzimov
bayraq
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
bayraq2
14 aprel 2005 – 11 mart 2016
NazirRamil Usubov
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi
bayraq2
2002 – 2005
ƏvvəlkiMədət Quliyev
bayraq
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini
bayraq2
2001 – 2002
RəisMədət Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyun 1968(1968-06-28) (55 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti məmur
Rütbəsi
General-polkovnik

Təltifləri "Zəfər" ordeni — 2020 "Azərbaycan Bayrağı" ordeni — 2002 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2014 "İgidliyə görə" medalı — 2008 "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilayət Süleyman oğlu Eyvazov (28 iyun 1968, Əbrəqunis, Culfa rayonu) — Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019).

Həyatı

Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

Ailəlidir, üç övladı var.

Fəaliyyəti

Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.[1]

Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş[2] və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.[3]

Təltifləri

Həmçinin bax

İstinadlar

  1. "Azərbaycan Respublikasının daxili işlər naziri". 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
  2. "V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı". president.az. 2019-06-20. 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.
  3. "V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı". president.az. 2019-06-20. 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-20.