Viktor Madaras — Vikipediya

Viktor Madaras
mac. Madarász Viktor
Doğum tarixi 14 dekabr 1830(1830-12-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 yanvar 1917(1917-01-10)[1][2][…] (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam
Janr portret
Stil impressionizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktor Madaras (mac. Madarász Viktor, 14 dekabr 1830[1][2][…], Ştitnik[d], Koşitse bölgəsi10 yanvar 1917[1][2][…], Budapeşt[3])— macar rəssam. Daha çox tarixi səhnələr və portretlər rəsm etmişdir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Viktor Madaras 14 dekabr 1830-cu ildə Çestnekdə anadan olmuşdur. Atası Andraş dəmirçi idi. Viktor ilk əvvəl Pozonidə hüquq təhsili alsa da Macarıstan inqilabından sonra qardaşı ilə birgə universiteti tərk edərək qoyaraq orduya qoşulur. Müxtəlif döyüşlərdə iştirak etdikdən sonra tezliklə ikinci leytenant rütbəsi alır. Vilaqosun mühasirəsi zamanı böyük igidlik göstərən Viktor ordunu tərk edərək Peştə ailəsinin yanına qayıdır. Bu zaman o, həm hüquq təhsilini davam etdirir, həm də yerli rəssamlardan rəsm dərsləri almağa başlayır. 1853-cü ildə Viktor Vyana İncəsənət Univeristetinə daxil olur. 2 il sonra isə rəssam Ferdinand Qeorq tərəfindən tarixi rəsm boyama dərsləri almağa başlayır. Viktorun ilk tarixi rəsm əsəri "Kuruc və Labans" adlı əsəridir. bu əsər müəllimləri tərəfindən olduqca xoş qarşılanır. 1856-cı ildə o, Parisə yola düşür. Parisdə Léon Cogniet studiyalarında və École des Beaux Arts akademiyasında təhsil alır. Viktor rəsmlərində daha çox Pol Delaroşun əsərlərindən təsirlənmişdir. Onun 1861-ci ildə rəsm etdiyi "Laslo Hunyadinin yası" adlı əsəri Salonda medala layiq görülür. 1870-ci ildə Viktor Macarıstana geri qayıtsa da, fransız yönümlü üslubu burada tənqidlərlə üzləşməli olur. 1902-ci ildə işləri iflas edən rəssam bundan sonra karyerasına portretlər çəkərək satmaqla davam edir. Lakin Viktor əvvəlki nüfuzunu geri qazana bilmir. Artıq 1917-ci ildə tamamilə unudulan rəssam Budapeştdə vəfat edir.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France Viktor Madarász // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 The Fine Art Archive. 2003.
  3. 3,0 3,1 Мадарас Виктор // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.