Vidadi Muradov (xalçaçı) — Vikipediya

Vidadi Muradov
Vidadi Aydın oğlu Muradov
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1956(1956-03-05)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2021(2021-11-04) (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elm sahəsi tarixşünaslıq
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor

Təltifləri "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2014 "Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2013
"Şöhrət" ordeni"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vidadi Aydın oğlu Muradov (5 mart 1956, Bərdə4 noyabr 2021, Bakı) — xalçaçı-ekspert, tarix elmləri doktoru, professor, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. 1974–1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil almışdır. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-ilmə" elmi tədqiqat və istehsalat mərkəzini təsis edib.

9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmusdur. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilmişdir. 4 noyabr 2021'ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.[1]

Yeni Azərbaycan Partiyasının üzvü idi.

Ailəli idi, üç övladı var.

Elmi yaradıcılıq istiqaməti[redaktə | mənbəni redaktə et]

Azər-ilmə

Xalçaçılıq sənətinin tarixi köklərinin araşdırılması, qədim ənənələrinin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması və s.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan xalçaları. Qarabağ qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2013).
  • Azərbaycan xalçaları. İrəvan qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2013).
  • Azərbaycan xalçaları. Naxçıvan qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2013).
  • Azərbaycan xalçaları. Qazax-Borçalı qrupu. (Azərbaycan, ingilis, rus dillərində) (2014).
  • Azərbaycan xalçaları. Gəncə qrupu.(Azərbaycan, ingilis, rus dillərində) (2014).
  • Rənglərin ahəngi.(Azərbaycan, rus, ingilis dillərində) (2015).
  • Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır. https://www.youtube.com/watch?v=8DTV8scImP8 (2020).

Fəxri adları[redaktə | mənbəni redaktə et]

  • "Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi" (7 noyabr, 2013-cü il)
    YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru
  • "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (30 may, 2014-cü il)[2]
  • "Şöhrət" ordeni (7 mart, 2016-cı il)[3]
  • Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi (23 dekabr, 2016-cı il)[4]
  • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı (27 may, 2019-cu il)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Vidadi Muradov vəfat edib". 2021-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-05.
  2. ""Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  3. ""V.A.Muradovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.
  4. "Vidadi Muradov "Dağıstanın əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edilib". 2016-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Rijkmuseum Research Library Database
  2. Cultural Fibers
  3. Azerilme Gallery opening night in Moscow
  4. Book on Karabakh school of carpet weaving published Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
  5. Next book in frame of project ‘All Schools of Azerbaijan Carpets’ Arxivləşdirilib 2015-10-05 at the Wayback Machine
  6. Presentation Ceremony Held for the "Nakhchivan Group" Brochure Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
  7. There some suggestions in organization of carpet auctions in Azerbaijan Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
  8. Азербайджанский ковер – генетическая память народа — ИНТЕРВЬЮ С ВИДАДИ МУРАДОВЫМ
  9. Видади Мурадов: "Ковроткачество – историческое достижение азербайджанского народа" 
  10. Профессор Видади Мурадов: "Рождение и формирование ковроткачества непосредственно было связано с тюрками"
  11. "Азер-Ильме" — зеркало возрождения традиций азербайджанского ковроткачества Arxivləşdirilib 2016-02-02 at the Wayback Machine
  12. Интерес к азербайджанскому ковру — это интерес к соткавшему его народу
  13. İctimai Elmlər Bölməsinin iclasında "Azər-İlmə" Xalçaçılıq Mərkəzinin elmi-tədqiqat fəaliyyətinə dair məruzə dinlənildi
  14. "Qarabağ bölgəsinin xalçaçılıq tarixi" kitabının təqdimatı oldu
  15. Vidadi Muradov "Dağıstanın əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif edilib