Vestminster modeli — Vikipediya

Vestminster sarayı

Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamenti Londonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır.

Modelin analizi[redaktə | mənbəni redaktə et]

İcraedici hakimiyyət[redaktə | mənbəni redaktə et]

İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir.

Qanunverici hakimiyyət[redaktə | mənbəni redaktə et]

Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur. İngiltərə parlamenti 2 palatadan ibarətdir:

  1. Ümumxalq səsverməsi yolu ilə seçilmiş İcmalar palatası.
  2. Vərəsəlik yolu ilə üzvlük qazanan Lordlar palatası.

Qanunvericilik səlahiyyəti 1-ci palataya məxsusdur. Lordlar palatasının yeganə səlahiyyəti və gücü qanunların qəbul edilməsini gecikdirməkdir. Lordlar palatası maliyyə məsələlərində qanunları 1 ay, digər məsələlərdə isə 1 il gecikdirə bilərlər.

Vestminster modelini tədbiq edən ölkələr[redaktə | mənbəni redaktə et]

Parlament binası, Kanbera, Avstraliya
Sansad Bhavan Parlament binası, Yeni Delhi, Hindistan
Parlament binası, Kuala Lumpur, Malaziya
Parlament binası, İslamabad, Pakistan

Vestminster modeli əsasən tədbiq olunan ölkələr: