Venesuela bayrağı — Vikipediya

Venesuela bayrağı
Təfərrüatlar
İstifadəsi Dövlətdöyüş bayrağı, dövləthərbi dəniz bayrağı
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Venesuela bayrağı — Venesuelanın Dövlət bayrağı

Venesuela bayrağını düzəldən Cənubi Amerika azadlıq hərəkatının rəhbəri Fransisko Miranda olub. Sarı, mavi və qırmızı rəngli bayraq ilk dəfə 1806-cı ildə "Leandr" gəmisində qaldırılmışdır. Həmin gəmi vasitəsilə Mirandanın başçılığı altında könüllülərdən ibarət dəstə Nyu-Yorkdan Cənubi Amerikaya yollanıb. Bayraqdakı sarı rəng qızıl və digər faydalı qazıntılarla zəngin olan Amerika qitəsini, qırmızı rəng ıspaniyanın qanlı hökmranlığını, mavi rəng isə onları ıspaniyadan ayıran Atlantik okeanını təmsil edir. 1817-ci ildən etibarən bayrağın mavi zolağında ölkənin 7 əyalətinin sayına uyğun olaraq, 7 ulduz şəkli peyda olur: Karakas, Barinas, Barselona, Kumana, Marqarita, Merida, Truhilo.