Vaspurakan — Vikipediya

Vaspurakan, Basoropeda – əsasən, Van gölünün c.-q.-in dəki və Urmiya gölünün şm.-q.-in dəki torpaqlardan başlanıb, indiki Nax. MR-in c.-q. hissəsini əhatə edən əraziyə qədərki bölgədə tarixi vilayət.

Tarixi[redaktə | mənbəni redaktə et]

Vaspurakan torpaqları e. ə. II əsrin əvvəllərinədək Atropatenaya məxsus idi. Buna görə də bəzi mənbələr də Vaspurakan Şimali (və ya Yuxarı) Midiya da adlanırdı. Strabonun məlumatına görə e. ə. II əsrin əvvəllərində Ermənistan çarları midiyalıların hakimiyyəti altında olan bəzi torpaqları tutmuşdular. Güman ki, Vaspurakan da həmin dövrdə işğal edilmişdi. Sonralar Vaspurakan gah müstəqil, gah Parfiya Arşakilərinin, daha sonralar isə Sasanilərin tabeliyində olmuşdur.

Son tədqiqatlara görə, Vaspurakan adı 6-7 əsrlərdən tez olmayaraq meydana gəlib. 591-ci il Bizans-İran müqaviləsinə görə Vaspurakan, elə cə də SünikDəbil siyasi baxımdan İrana tabe edildi.

Alban əyaləti Sünikin vilayətlərindən olan Naxçıvan və Qoğtən (Ordubad ərazisi) də bu tarixdən Vaspurakanın tərkibinə qatıldı. Mehranilər sülaləsinin Albaniyada dövlətçiliyi bərpa etmələri ilə (7 əsrin 30-cu illəri) Naxçıvan və Qoğtən yenidən Albaniyanın tabeliyinə keçdi. VII əsrin 2-ci yarısında başlanan ərəb istilaları nəticəsində yaranan Ərəb xilafətinin tərkibinə daxil edilmiş Vaspurakan ərəb mənbələrində Basfurracan (Busfaracan) adı ilə qeydə alındı. Ərəb istilalarına Xüsusi əsər həsr etmiş tarixçi əl-Bəlazurinin (9 əsr) məlumatına görə Basfurracan ərəblərin Cənubi Qafqazda tutduqları yerləri özündə birləşdirən yeni inzibati-ərazi bölgüsünə daxil edilmişdi. Burada və digər ərəb mənbələrində həmin bölgüyə əsasən Nəşavə (Naxçıvan) Arran vilayətinə aid edilən Basfurracanın əsas şəhəri adlandırıldı. 9 əsrdə Naxçıvan Azərbaycanın digər bölgələri ilə birlikdə Sacilər dövlətinin tərkibinə daxil edildi. Vaspurakan isə erməni feodal nəsli Artsrunilərin xanədanına çevrildi. 11 əsrin 1-ci yarısında adı çəkilən xanədan Bizans imperiyasına qatıldı.

Vaspurakan ərəb mənbələrində[redaktə | mənbəni redaktə et]

Busfurracan, Basfurcan (erkən orta əsr qaynaqlarınada Vapurakan)- Arranının əyaləti. Yaqut əl- Həməviyyə görə, Basfurcan (Arran ərasində əyalət (Kura), əsas şəhəri Nəşavə, bura həmçinin Nakcəvandır" (Naxçıvan).[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Vəlixalı N.M.Göstərilən əsəri. S.30-31

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]