Vasili Utkin — Vikipediya

Vasili Utkin
rus. Василий Вячеславович Уткин
Doğum tarixi 6 mart 1972(1972-03-06)
Doğum yeri
Vəfat tarixi 19 mart 2024(2024-03-19) (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər arteriyasının tromboembolizmi[2]
Fəaliyyəti idman jurnalisti[d], şərhçi, aktyor, yazıçı, İntellektual oyunlar iştirakçısı[d], televiziya aparıcısı, radioaparıcı[d], baş redaktor, YouTuber, televiziya prodüseri[d]
Fəaliyyət illəri 1992–2024
Mükafatları YouTube Gümüş play düyməsi
vasiliyutkin.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Utkin (rus. Василий Уткин; 6 mart 1972, Balaşixa, Moskva vilayəti19 mart 2024, Moskva[1]) — rusiyalı İdman jurnalisti, televiziya şərhçisi, televiziyaradio aparıcısı, şoumeni və aktyoru. Sports.ru portalının həmsahiblərindən biri.[3] 1 sentyabr 2010-cu ildən 31 avqust 2015-ci ilədək "NTV-Plyus" idman kanallarının baş redaktoru.[4][5]

2014-cü ildən 2015-ci ilədək "STS" telekanalında "Böyük sual" əyləncəli oyun şousunu aparıb.[6] 1 noyabr 2015-ci ildən 5 fevral 2016-cı ilədək "Matç TV" telekanalının əməkdaşı olub. 3 mart 2016-cı ildən 13 may 2017-ci ilədək "Eurosport" telekanalının şərhçisi işləyib.[7]

15 iyul 2016-cı ildə "Con Donn" pab şəbəkəsinin kreativ direktoru vəzifəsinə təyin edilib.[8]

Bir sıra həmkarlarının, futbolçuların və medianın fikrincə, Utkin Rusiyada müasir idman jurnalistikasının dilini və imicini yaradıb,[9][10][11] eyni zamanda dövrünün ən istedadlı və tanınan rusdilli futbol şərhçisi olub.[12][13][14][15]

Artıq çəkidən və ürək-damar sistemindəki problemlərdən əziyyət çəkən Utkin, 19 mart 2024-cü il tarixində vəfat edib.[16]

Biblioqrafiya[redaktə | mənbəni redaktə et]

  • Vasili Utkin. Futbol oynayın! İdman şərhçisinin qeydləri. — "Amfora", ISBN 978-5-367-00789-3; 2008. — 312 səh. — 5000 nüsxə.[17]
  • Vasili Utkin. Top ətrafında qarışıqlıq. İdman şərhçisinin qeydləri. — "Amfora", ISBN 978-5-367-00822-7; 2008. — 320 səh. — 5000 nüsxə.[17]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Умер Василий Уткин. 2024.
  2. https://rg.ru/2024/03/19/stala-izvestna-predvaritelnaia-prichina-smerti-vasiliia-utkina.html.
  3. "Рунетология: генеральный директор Sports.ru Дмитрий Навоша". 4 августа 2009. 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-21.
  4. Уткин назначен главным редактором спортивных каналов "НТВ-Плюс" Arxivləşdirilib 2013-10-29 at the Wayback Machine // televesti.ru, 31. avqust 2010
  5. "Уткин назначен главным редактором спортивных каналов «НТВ-Плюс»". Sports.ru. 2010-08-31. 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
  6. "Василий Уткин: «Воры, ограбившие мою квартиру, помогли найти забытые $5 тысяч»". Теленеделя. 2014-07-03. 2018-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
  7. "Василий Уткин стал комментатором телеканала Eurosport". RT на русском. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-03.
  8. "Василий Уткин стал креативным директором сети пабов: Компании: Бизнес: Lenta.ru". 2016-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
  9. "«С Васей ты понимал, что русский язык живет — и является произведением искусства»". Meduza. 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
  10. "«У него был непростой характер. Но он все равно был лучшим»". Meduza. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
  11. "«Сделанное Васей — намного больше, чем просто футбол». Юрий Дудь — о Василии Уткине". Meduza. 2024-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-24.
  12. "«Вася, как так?» Друзья и коллеги провожают Василия Уткина". Sports.ru (rus). 2024-03-19. 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  13. "Каким мы запомним Василия Уткина". Sports.ru (rus). 2024-03-19. 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  14. "«Наследие Уткина исполинских размеров!» Как друзья и коллеги прощаются с Василием". 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  15. "Вася — великий". 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  16. "Rusiyanın məşhur idman şərhçisi öldü". Oxu.Az (az.). 2024-03-19. 2024-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  17. 1 2 "Суета вокруг мяча. Записки спортивного комментатора". Амфора. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]