Varis (film, 1988) — Vikipediya

Varis
Janr idman
bioqrafik
Rejissor Miri Rzayev
Ssenari müəllifi Fəraməz Səfiyev
Operator Fikrət Əsgərov
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1988
Texniki məlumatlar 1 hissə
270 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

Vaxtilə Azərbaycanın bölgə və kəndlərində milli güləş ənənələrini qoruyub saxlayan və nəsildən-nəslə keçirən el pəhləvanları olmuşlar. Onların çıxışlarını-müxtəlif güləş üsullarını el-oba həmişə böyük maraqla qarşılamışdır.

Filmdə milli pəhləvanlıq ənənələrinə sadiq olan, pəhləvanlıq sənətinin bəlkə də sonuncu varislərindən biri olan 61 yaşlı Paşa Kərimovdan söhbət açılır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Rejissor: Miri Rzayev
Ssenari müəllifi: Fəraməz Səfiyev
Operator: Fikrət Əsgərov
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.