Vaqif Bəhmənli — Vikipediya

Vaqif Bəhmənli
Vaqif İttifaq oğlu Quliyev
Doğum tarixi (68 yaş)
Doğum yeri Böyük Bəhmənli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili (ali)
İxtisası jurnalist
Fəaliyyəti şair
Fəaliyyət illəri 1970, bu günə qədər
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət Ədəbiyyat, publisistika
Janrlar poeziya, bədii, sənədli nəsr, tərcümə
İlk əsəri Çap olunan ilk əsəri - miniatürlər, "Tumurcuq" - şer. 1970
Tanınmış əsərləri şeir və publisist əsərləri
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2005 Azərbaycan LKGİ mükafatı — 1986
[http://"Artırma" "artırma"]

Vaqif Bəhmənli (doğum adı: Vaqif İttifaq oğlu Quliyev; d. 23 may 1955) — Azərbaycan şairi, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB İdarə Heyətinin üzvü, Avrasiya Yazarlar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AYB-nin "Azərbaycan" jurnalı redaksiya heyətinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1986-cı il), Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Qərbi Kaspi Universitetinin müəllimi olmuş, Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir (2016 - 2021-ci illər). 1990-93-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

1955-ci il may ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 1972-ci ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə bitirib. 1972-ci ildə Bakı şin zavodunda fəhlə işləyib. 1973-78-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb, jurnalist ixtisasına yiyələnib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vaqif Bəhmənli Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra “Sovet kəndi” qəzetində şöbə müdiri (1978-88), “Kommunist” qəzetində şöbə müdiri (1988-1991), “Vətən” Cəmiyyətinin “Odlar yurdu” qəzetində baş redaktor (1991-1992), "Bərəkət", (sonradan “Həyat”) qəzetində baş redaktor(1992-1994), “Yazıçı” nəşriyyatında redaktor (1994), Gənclər və İdman Nazirliyində şöbə rəisi (1995-1997), “Ədalət” qəzetində baş redaktorunun birinci müavini (1997-98), “XXI-gənclik dərgisi”ndə redaktor (1998-2000), “XXI — Yeni Nəşrlər evi”nin baş redaktoru (2000), “Mars” dərgisində baş redaktorun müavini (2003), Beynəlxalq Avrasiya Mətbuat Fondunun departament rəhbəri (2003), “Humanitar” qəzetində redaktor (2004), "525-ci qəzet"də (2005) şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri (2006-2016) vəzifələrində çalışıb. Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavinidir. Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsinin müstəqillik illərində inkişaf etdirilməsində, ədəbi əsərlərin latın qrafikası ilə kütləvi tirajla nəşrə haqzırlanmsında, Beynəlxal Bakı Kitab Sərgi-yarmarkalarının yaradılması və keçirilməsində, "Gənc ədiblər" məktəbinin təşkili və yeni ədəbi qüvvələrin üzə çıxarılmasında, "Qızıl kəlmə" ədəbiyyat mükafatının təsis edilməsində böyük əməyi olmuşdur.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Şeir və məqalələrdən ibarət 50-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında, ədəbi-elmi konfrans və simpoziumlarda, Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib. İlk məqalə və şeirləri 1970-ci ildə Füzuli rayonunda çıxan "Araz" qəzetində işıq üzü görüb. Mərkəzi mətbuatda dərc olunan ilk şeiri "Tumurcuq" adlanır. 1970-ci illərin ortalarından başlayaraq şairin tele və radio ssenariləri əsasında hazırlanmış verilişlər Azərbaycan tele-radio kanalında nümayiş etdirilmiş və səsləndirilmişdir. Azərbaycan taleviziyasında "Gənclik təqdim edir" verilişinin aparıcısı olmuşdur. SSRİ-nin və Azərbaycanın həm ictimai- siyasi, həm də ədəbiyyat qəzet və dərgilərində ("Ədəbiyyat və incəsənət", sonralar "Ədəbiyyat qəzeti", "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbeycan", "Göyərçin", "Günəş", "Moskva" (Rusiya), "Kardeş kalemler"(Türkiyə) və s. ardıcıl olaraq çıxış etmişdir. Əsərləri "Azərbaycan", "Yaşıl budaqlar", "Poeziya günü", "Sabir poeziya günü", "Külək qarı səpələr", "Şeir vaxtı", "Azərbaycan ədəbiyyatı antologiyası", Azerbaydjanskaya poeziya"... almanaxlarına daxil edilib.

Vaqif Bəhmənli obrazlı düşüncə şairidir. Türk bədii düşüncəsinin ənənələrinə arxalanmaq, insanın hiss və duyğularını canlandırmaq üçün yeni poetik məqsədlərə sənətkarlıqla cəhd etmək, özünəxas bədii deyim tərzi, güclü kalorit onun yazdıqlarını başqalarından fərqləndirir.Şairin yaradıcılığı haqqında çoxsaylı araşdırmalar aparılmış, güclü ədəbiyyatşünasların qələmə aldıqları məqalələr mətbuatda çap edilmişdir. Əsərləri haqqında Bəxtiyar Vahabzadə, Tofiq Mahmud, Məstan Günər, Cahangir Məmmədli,Nəriman Həsənzadə, Musa Yaqub, Elçin Əfəndiyev, İntiqam Qasımzadə, Vaqif Yusifli, Yaqub Öməroğlu, Ülkü Taşlıova, Nizaməddin Şəmsizadə,Seyran Səxavət, Bədirxan Əhmədli, Nizami Cəfərov, Rahid Ulusel, Tehran Əlişanoğlu, Zakir Fəxri, Qulu Məhərrəmli,Rəşad Məcid, Ağacəfər Həsənli, Tofiq Nurəli, Maarif Soltan, Oqtay Abbas, Kamran Nəzirli, Umud Rəhimoğlu, Mahirə Abdulla, Nərgiz Cabbarlı, Elnarə Akimova, Bəsti Əlibəyli, Esmira Fuad, Təranə Vahid, Nəriman Əbdürrəhmanlı və digər görkəmli ədib və tənqidçilər məqalələr yazmış, rəy söyləmişlər.

Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür.

Əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü, fransız, fars dillərinə çevrilib. Almaniya, Rusiya, Türkiyə, İngiltərə, İtaliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Ukrayna, İran, Belarus, Macarıstan, Latviya, Estoniya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Udmurtiya (RF), Abxaziya və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub.

“Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı — ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır.

Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə ədəbi qeydləri, publisistik araşdırmaları, məqalələri mətbuatda dərc edilib.100-dən çox kitabın redaktoru və tərtibçisidir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

1986-cı ildə Respublika Komsomol mükafatına, 1989-cu ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanına, Azərbaycan Jurnalistlər İttifaqının Fəxri Fərmanına 1989, 2004-də İsa İsmayılzadə adına "İlin ən yaxşı şeiri" mükafatına, Türk dünyası poeziyasına xidmətlərinə görə Şahmar Əkbərzadə adına mükafata (2003), Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına (2005), “Yaddaş” Milli mükafatına, Rəsul Rza adına beynəlxalq mükafata, Əli Kərim adına ən yaxşı poeziya mükafatına, AR Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatına layiq görülmüşdür. Azərbaycan Milli Kitabxanası tərəfindən "Biblioqrafiya"sı hazırlanmış, kitablarından ibarət sərgisi keçirilmişdir. Şairin özünün ifasənda "Səndən özgə" və "Artırma" adlı poeziya albomları müğənni Səyyad Əlizadənin studiyasında işıq üzü görmüşdür. 10-dan çöx şeirinə mahnı bəstələnmişdir. Moskvada, Ankarada, İstanbulda, Ağrıda keçirilən poeziya festivallarının mükafatlarının laureatıdır. 50 və 60 illik yubilyyləri R.Behbudov adını Mahnı Teatrında və Gənc Tamaşaçılar Teatrında dövlət səviyyəsində geniş qeyd edilmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Yazıçı-publisist Rəhilə Gülgünlə ailəlidir. 3 övladı, 6 nəvəsi var.

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. "Bahar-payız arası" — 1979
  2. "Dünya ayaq üstədir" — 1981
  3. "Bar ver ümid ağacım" — 1983
  4. "Yolum üstə bitən gül" — 1986
  5. "Ömürdən uzun gecə" — 1987
  6. "Volqa İdel boyunca" — ruscadan tərcümə

(Tatar yazıçılarının povestləri) — 1989

  1. "Qırxıncı otaq" — 1990
  2. "Novruz naxışları" — 1993
  3. "Parisdə Rus hamamı" I Pyotr haqqında hekayələr — 1994
  4. "Dörd divar" — 1996
  5. "Uzaqda bir işıq" — 2001
  6. "Sevgimə axşam düşür" — 2003
  7. "Qızıl qala" — 2005
  8. "Sınıq güzgü" — 2005
  9. "Dombagözün hekayələri" — 2005
  10. "Poeziya” I — 2006
  11. "Poeziya” II — 2006
  12. "Poeziya” III — 2006
  13. "Can dəftəri" — 2008
  14. "Səndən özgə" — 2009
  15. "Əlifba" — 2009
  16. "Leyli hasarı" — 2009
  17. "Azərbaycanın xalq bayramı Novruz" — 2010
  18. Lidiya Obuxova "Öncə yer vardı" -

Yuri Qaqarin haqqında — ruscadan tərcümə — roman — 2010

  1. "Vətənin İlhamı" ömürdən reportaj — 2011
  2. "Hamı" — 2012
  3. "Maqomayev planeti" Azərbaycan, ingilis, rus dillərində — 2013
  4. "İlin beşinci fəsli - Kamran" — roman — 2013
  5. "İşartı" — 2013
  6. Azərbaycan memarlığı. R. Əfəndiyeva — rus dilindən tərcümə.2014
  7. "Heydər Əliyev adına" — 2013
  1. "Artırma" — 2015
  2. "Belə yaxşıdır" — 2015
  3. "Beş damla" — şeirlər və poemalar — 2015
  4. Bir məktub, dörd söhbət- 2015
  5. "Vaqif Bəhmənli.Biblioqrafiya" − Milli Kitabxana, 2015
  6. Vaqif Bəhmənli. Metodik vəsait". F.Köşərli adına kitabxana.2015
  7. "Cabbar Qaryağdıoğlu" — 2017
  8. "Hüseynqulu Sarabski" −2017, (xanəndə)
  9. "Hüseynqulu Sarabski" −2017,(aktyor)
  10. Qəzənfər Paşayev.FOTODASTAN" — 2017
  11. "Həyat düşüncələri".Q.Paşayevlə müsahibə-kitab-2017
  12. "Hüzünlü misralar" −2018, Ankara.
  13. "Qansız savaş" — 2019
  14. "Bağlı qapı açaram" - 2021
  15. "Əsərlər" - 15 cilddə. I c. - 2021.
  16. "Əsərlər" - 15 cilddə. II c.- 2021.
  17. "Əsərlər" - 15 cilddə. III c. -2023
  18. "Əsərlər" - 15 cilddə. IV c. -2023
  19. "Qarabağın qələmi: AQİL ABBAS. -2023
  20. "Əsərlər" - 15 cilddə. V c. -2024
  21. "Əsərlər" - 15 cilddə. VI c. -2024
  22. "Əsərlər" - 15 cilddə. VII c. -2024

Poemaları "Çənlibelli Qoç Koroğlu" "Ağ bulaq" Çiyinlər" "Qırxıncı otaq" "Araz səsi" "Çkilməmiş şəkillər" "Diaqnoz" "Yaz naxışları" "Qarabağ qıfılbəndi" "ƏL" "Ana yuxu", "Azəərbaycan tarixi kitabı" və s.


İstinadlar[redaktə | mənbəni redaktə et]