V Vaxtanq — Vikipediya

V Vaxtanq
I Şahnəvaz
ვახტანგ V
bayraq
Kartli çarı
1658 – 1675
ƏvvəlkiI Rüstəm
SonrakıXI Georgi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Gəncə, Azərbaycan
Dəfn yeri Qum, İran İran
Fəaliyyəti monarx
Atası Baqrat Baqration-Muxraneli
Anası Anna
Uşaqları
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

V Vaxtanq yaxud I Şahnəvaz xan — Muxrani qolundan ilk Kartli çarı.

Vaxtanq İslamı qəbul etmişdi. Şahnəvaz xan kimi tanınırdı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Çar I Rüstəm tərəfindən 1653-cü ildə vəliəhd təyin edilmişdi. II Abbas ona Şahnəvaz adını vermişdi. 1658-ci ildə çar elan olunmuşdu.

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

1660-cı ildə Araqvi eristavı I Zaalı öldürtmüşdü. 1661-ci ildə oğlu I Arçili İmereti taxtına gətirmişdi. 1664-cü ildə I Arçili həm də Kaxetiya taxtına gətirdi. II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman Səfəvi (II Səfi) çıxdı. Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Kaxetiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (I Arçil) atası Şahnəvaz xanla məsləhətləşmədən İmeretiyaya qaçdı. Hadisələri diqqətlə izləyən Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda, mənəvi atası Rüstəm xanın (I Rüstəm) yanında dəfn etdilər.

Ailəsi[redaktə | mənbəni redaktə et]

2 dəfə evlənmişdi. İlk həyat yoldaşı Rodam Orbeliani, ikinci həyat yoldaşı isə Mariam idi. Övladları:

  1. I Arçil - Kaxetiya və İmereti çarı
  2. XI Georgi - Kartli çarı
  3. Aleksandr (İsgəndər Mirzə) - İsfahan darğası
  4. Levan - Kartli qəyyumu
  5. Luarsab
  6. Solomon (Süleyman Mirzə)
  7. Anuka - II Abbasla evlənmişdi