VI Bohemond (Antioxiya knyazı) — Vikipediya

VI Bohemond
1252 – 1268
ƏvvəlkiV Bohemond
Sonrakı-
1252 – 1275
ƏvvəlkiV Bohemond
SonrakıVII Bohemond
Şəxsi məlumatlar
Doğum tarixi 1237 və ya 1235[1]
Vəfat tarixi 1275[1]
Fəaliyyəti rəhbər[d]
Atası V Bohemond
Anası Senili Lusiya
Həyat yoldaşı Erməni Sibella
Uşaqları VII Bohemond
Lusiya
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VI Bohemond (it. Boemondo VI) və ya Yaraşıqlı Bohemond (it. Boemondo il Bello) (1237 və ya 1235[1]1275[1]) — 8-ci və sonuncu Antioxiya knyazı9-cu Tripoli qrafı.[2][3]

O, Antioxiya knyazı V Bohemondun yeganə oğlu idi. Atasının vəfatının ardından 1252-ci ildə hakimiyyətə gətirildi. Ancaq azyaşlı olması səbəbilə anası Senili Lusiya taxt naibəsi təyin olundu. Naibəlik dönəmində Lusiyanın Tripolidən ayrılmaması və Antioxiya knyazlığını uzaqdan idarə etməsi yerli əyanlarının narazılığına səbəb oldu. Yaranan çaxnaşmaları aradan qaldırmaq məqsədilə VI Bohemond Roma papasına məktub yazdı və artıq yetişkin olduğunu, taxtı təkbaşına idarə biləcəyini bildirərək icazə istədi. Papadan gələn təsdiq məktubunun ardından hakimiyyəti ələ alan VI Bohemond daxili çaxnaşmalara son qoydu.

Onun səltənəti dönəmində Antioxiya Məmlük sultanlığı ilə Hülakilər dövləti arasında mübarizə meydanına çevrildi. Məmlüklərə qarşı monqolları dəstəkləyən VI Bohemond və ona bağlı səlib qüvvələri tərəflər arasında gedən döyüşlərdə iştirak etməyə başladılar. Ancaq 1260-cı ildə baş tutan Əyn Cəllud döyüşündə Məmlüklər monqollar üzərində qəti qələbə qazandı və monqolların qərbə doğru irəliləyişinə mane oldular. Çox keçmədən 1268-ci ildə Antioxiya knyazlığı Məmlük sultanı Baybars tərəfindən işğal edildi və knyazlığa son qoyuldu. VI Bohemond qaçaraq digər səltənəti olan Tripoliyə sığındı.

Qalan illərini Tripolidə keçirən VI Bohemond 1275-ci ildə vəfat etdi və yerinə oğlu VII Bohemond Tripoli qraflığına təyin edildi. Antioxiya knyazlığı isə işğal edilməsi səbəbilə sadəcə titul olaraq saxlanıldı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Asbridge, Thomas (2000). The Creation of the Principality of Antioch, 1098–1130. Boydell Press. ISBN 978-0-85115-661-3
  • Barber, Malcolm (2012). The Crusader States. Yale University Press. ISBN 978-0-300-11312-9
  • Brown, Gordon S. (2003). The Norman Conquest of Southern Italy and Sicily. McFarland&Company, Inc. ISBN 978-0-7864-1472-7
  • Lilie, Ralph-Johannes (1993). Byzantium and the Crusader States, 1096–1204. Oxford: Oxford University Press. ISBN 978-0-19-820407-7
  • Runciman, Steven (1989b). A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East, 1100–1187. Cambridge University Press. ISBN 0-521-06162-8

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 https://www.biografiasyvidas.com/biografia/b/bohemundo_vi.htm.
  2. Fink, Harold S. (1969). "The Growth of the Latin States, 1118–1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years. The University of Wisconsin Press. pp. 368–409. ISBN 0-299-04844-6
  3. Hailstone, Paula Z. (6 Dec 2019). Recalcitrant Crusaders?: The Relationship Between Southern Italy and Sicily, Crusading and the Crusader States, c. 1060–1198. Routledge. ISBN 9781000764628